Bankdan yeni layihə: gənclərə İT sahəsi öyrədiləcək
Yelo Bankın “Yelo IT Lab” proqramı dinamik və potensial gənclərə həm İT sahəsini öyrədəcək, həm real təcrübə qazanmaq imkanı yaradacaq.
Bankın yaydığı məlumatda bildirilir ki, istedadlı və motivasiyalı son kurs tələbələri və universiteti yeni bitirmiş məzunlar bu tədris-karyera proqramına qoşula bilərlər.
Proqramda iştirak etmək üçün heç bir təcrübə tələb olunmur. Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik "GNI Software" şirkəti ilə birgə həyata keçirilir. 3 aylıq proqram çərçivəsində Yelo Bank-ın və İT həlləri üzrə ixtisaslaşmış "GNI Software" şirkətinin peşəkar əməkdaşları tərəfindən təlimlər keçiriləcək. Təlim sonrası isə Bank-ın komandası ilə "Agile" metodologiyasında real iş mühiti ilə tanış olacaqlar. Proqramının sonunda seçilmiş iştirakçılar Yelo Bank-da işlə təmin olunacaq.
“Yelo IT Lab” proqramında iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 28 aprel, 2022 tarixinə kimi https://bit.ly/ylpsdcv linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Yerlər məhduddur.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
Ermənistana Azərbaycandan keçməklə 7 vaqon buğda göndəriləcək
-
-
1 saat əvvəl
Moody's ABB-nin depozit reytinqlərini təsdiqləyib, proqnoz stabil olaraq qalır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bizneslər üçün şans - Ulduzlu qısa nömrələr pulsuz aktivləşdiriləcək
-
2 saat əvvəl
Azərbaycan ilə Şimali Kipr arasında müntəzəm çarter reysləri başlayacaq
- 2 saat əvvəl
-
2 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
4 saat əvvəl
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Hörmüzdə nəqliyyatın normallaşması aylar çəkə bilər
Mis qiymətləri ABŞ-İran razılaşması fonunda yüksəldi
Qızıl sülh xəbəri ilə bahalaşır
Ən çox oxunanlar
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
"Dünyanın gəmiləri, mühərriklərinizi işə salın. Qoy neft axsın!"
Neft kəskin ucuzlaşdı - Səbəb ABŞ və İranın müharibəni bitirmək, Hörmüz boğazını yenidən açmaq barədə razılaşmasıdır
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























