Türkiyədə mənzil qiyməti artımında yeni rekord qeydə alınıb
Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) fevral ayı mənzil qiymətləri indeksini açıqlayıb. Məlumatına görə, fevralda mənzil qiymətləri 96,4 faiz artıb. İstanbulda mənzil qiymətləri iki qat artarkən, İzmirdə kvadrat metr üçün qiymət ilk dəfə 10 min TL-ni keçib.Türkiyədə mənzil qiymətləri fevral ayında ötən ilin eyni dövrün ilə müqayisədə 96,4% artıb.
Marja Türkiyə Respublikası Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, illik mənzil qiymət artımında yeni rekord qeydə alınıb.
Yanvarda mənzil qiymətləri illik 77,36% artmışdı.
Yanvar ayı ilə müqayiədə Fevralda artım 13,5% təşkil edib. İnflyasiya nəzərə alınmaqla artım 26,9 faiz təşkil edib.
TCMB-nin mənzil qiymətləri indeksinə görə, yeni mənzil indeksi fevral ayında illik 102,2 faiz artıb. Köhnə evlərin qiymətləri isə illik 95,3 faiz yüksəlib.
İstanbulda qiymət artımı 100%-i keçib
TCMB-nin məlumatlarına görə, İstanbulda mənzil qiymətlərində artım 106,3% olub. İstanbulda yeni evlərin qiymət indeksi illik müqayisədə 114,6 faiz artıb. Köhnə evlərdə qiymət artımı 107,6 faiz olaraq qeydə alınıb. Bu rəqəmlərdən sonra İstanbulda kvadrat metrin qiyməti 13 min 836 TL olub.
Mənzil qiymətlərində Ankara 97,1% artım ilə İstanbulun ardınca gəlir. İzmirdə qiymətlər 90,1% artıb. Ankarada kvadrat metrin qiyməti 6 min 225 TL ikən, İzmirdə ilk dəfə 10 min TL-ni keçərək 10 min 61 TL-yə yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 32 d. əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
1 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
2 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
2 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb









.jpg)












