Muğanbank BMT-nin Qlobal Sazişi təşəbbüsünə qoşuldu
“Muğanbank” ASC 12 aprel 2022-ci il tarixində dünyanın məsuliyyətli biznes liderlərini özündə cəmləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişi platformasına qoşulduğunu elan edib.
Bankın yaydığı məlumatda bildirilir ki, Muğanbank dünya miqyasında və xüsusilə Bank sektorunda hamımızın arzuladığı dünya gələcəyi təmin etmək üçün məsuliyyətli fəaliyyət öhdəliyi götürən minlərlə digər şirkətlərə qoşulmaqdan qürur duyur.
Qlobal Saziş bütün dünyada şirkətlər üçün insan hüquqları, əmək, ətraf mühit və korrupsiya ilə mübarizə sahələrində qəbul edilmiş on prinsipi və Dayanıqlı İnkişaf Məqsədlərini öz fəaliyyətləri daxilində dəstəkləməklə fayda verməyə və faydalanmağa zəmin yaradan BTM-nin bir qoludur.
2000-ci ildə işə salınan BMT-nin Qlobal Sazişi, bu gün 160 ölkənin 15.000-dən artıq şirkəti, 3.000 qeyri-kommersiya təşkilatı və 70-dən çox Qlobal Sazişin Yerli Şəbəkələri daxil olmaqla dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.
“Qlobal İnkişaf Məqsədlərinə və dövlət səviyyəsində Azərbaycanın Respublikasının dayanıqlı inkişaf prioritetlərinə sadiqliyimizə uyğun olaraq, Muğanbank məsuliyyətli biznes fəaliyyətini davam etdirməkdən və təkmilləşdirməkdən qürur duyur. Bankın 2011-ci ilə qəbul etdiyi və Avropa Yenidənqurma və İnkişaf Bankının gözləntilərinə cəvab verən “Sosial və Ekoloji Siyasəti” rəhbərliyimizin və ümumilikdə Muğanbankın dayanıqlı inkişaf və korporativ sosial məsuliyyətə verdiyi əhəmiyyətin göstəricilərindəndir. BMT-nin Qlobal Sazişin iştirakçısı olaraq, biz Azərbaycan biznes liderlərini bu qlobal təşəbbüsə qoşulmağa çağırırıq” - deyə İdarə Heyətinin Sədri Elnur Abbasov qeyd etmişdir.
“Daha münbit, ədalətli və dayanıqlı qlobal gələcəyə nail olmaqda özəl sektorun rolu əvəzedilməzdir. Bu səbəbdən, müxtəlif sahələrdən olan minlərlə aparıcı şirkət fəaliyyətlərində dayanıqlı biznes prinsiplərini həyata keçirmək və təkmilləşdirmək məqsədi ilə BMT-nin Qlobal Sazişinə qoşulur. Biz Muğanbankı qlobal biznes ailəmizdə salamlamaqdan çox şadıq və sizi Qlobal Sazişinin internet səhifəsində MuğanBankın [UNGC səhifəsinə keçid] profilinə baş çəkməyə dəvət edirəm”-deyə, Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Azərbaycan üzrə rəhbəri cənab Samir Məmmədov qeyd etmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
18 d. əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 23 d. əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
2 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı


























