Üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər
Putin və Paşinyan, İrəvan və Bakı arasında vəziyyəti normallaşdırmaq üçün Rusiya Federasiyası, Azərbaycan və Ermənistan arasında əməkdaşlığı aktivləşdirmək barədə razılığa gəliblər.Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Novo-Oqorevoda keçirilən görüşün yekunları ilə bağlı bəyanat yayılıb.
Bəyanatda Putin və Paşinyanın iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini qeyd etdikləri bildirilib.
Müxtəlif səviyyələrdə ikitərəfli xarici siyasət məsləhətləşmələri praktikasının səmərəliliyi təsdiqlənib. Rusiya-Ermənistan parlamentlərarası intensiv dialoqun davam etdirilməsi tələbi vurğulanıb.
Bundan əlavə, tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli əməkdaşlığın aktivləşdirilməsi barədə razılığa gəliblər.
Paşinyan həmçinin Putini KTMT Kollektiv Təhlükəsizlik Şurasının 2022-ci ilin ikinci yarısında keçiriləcək sessiyası ilə bağlı İrəvana səfərə dəvət edib.
Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanmasını alqışlayıb
Rusiya Prezidenti Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanılmasını alqışlayıb.
Bu barədə Kremlin Rusiya Prezidenti və Ermənistan baş naziri arasında danışıqların yekunu ilə bağlı yadığı məlumatda bildirilib.
"Putin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinə başlanmasını alqışlayıb",- deyə məlumatda qeyd olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 45 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
1 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 1 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib





















