Avropa ölkələri Azərbaycan istehsalı sürtgü yağları və radiator mayesindən istifadə edəcək
Sumqayıt Kimya Sənaye Parkının rezidenti Avropa ölkələrinə məhsul ixracına başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, şirkət tərəfindən bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, “Alco” MMC 2016-cı ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. İnvestisiya dəyəri 15 milyon ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib. İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti




















.jpg)




.jpg)

