"PAŞA Kapital"dan tələbə və məzunlar üçün təcrübə proqramı - QEYDİYYAT BAŞLADI
(®) PAŞA Kapital İnvestisiya Şirkəti iyul - avqust aylarında ali təhsil müəssisələrinin tələbə və məzunları üçün təcrübə proqramı elan edir.
PAŞA Kapitalın təşəbbüsü ilə keçiriləcək təcrübə proqramı əsasən İqtisadiyyat, Maliyyə və Biznesin Təşkili ixtisas yönümlü 4-cü kurs bakalavr məzunları, magistr və ya MBA pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
Bu proqrama qatılmaqla tələbələr, istər yerli kapital bazarları, istərsə də xarici maliyyə birjaları üzrə müştərilərlə iş prosesinin praktiki iştirakçısı olacaq, həmçinin bu sahədə analitik biliklərini inkişaf etdirəcəklər.
İki aylıq təcrübə proqramında iştirak haqqı qazanmış namizədlərə “Daxili və xarici bazarda vasitəçilik (brokerage)” və “Marja ticarəti (Beynəlxalq Maliyyə Bazarları)” sahələri üzrə nəzəri biliklərini praktikada tətbiq etmək və ölkənin lider investisiya şirkətinin real iş mühiti ilə yaxından tanış olmaq fürsəti veriləcək.
Təcrübə proqramının sonunda tələb olunan şərtlərə cavab verən tələbələr işlə təmin olunacaqlar.
PAŞA Kapital təcrübə proqramı ilə bağlı ətraflı məlumat almaq üçün pashacapital.az saytının “Karyera” bölməsinə keçid edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 4 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























