Dövlət Xidməti mobil operator haqqında iş qaldırıb
Əsasən mesajlaşma xidməti göstərən “Bimtek Mobile Solutions and Marketing Limited” MMC-nin təşəbbüsü ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “Azercell Telekom” MMC və “LSİM” MMC barəsində iş qaldırılıb.
Marja.az xəbər verir ki, iş “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cıu maddəsinin 2-ci bəndinin və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin üçüncü abzasının tələblərinin pozulması əlamətləri üzrə qaldırılıb.
“Antiinhisar fəaliyyəti haqqında” qanunun 10-cıu maddəsinin 2-ci bəndinə görə, bir-birilə rəqabət aparmayan, biri hökmran mövqe tutan, digəri isə onun mal göndərəni, yaxud alıcısı (sifarişçisi) olan bazar subyektləri arasında, bazarda rəqabətin məhdudlaşdırılmasına səbəb olan sazişlər rəqabətin məhdudlaşdırılmasına səbəb olan sazişlərdir.
“Haqsız rəqabət haqqında” qanununun 7-ci maddəsinin üçüncü abzasının tələbinə görə, sahibkarlıq fəaliyyəti sahəsində əmtəələrin məcburi əlavə çeşidlə satışına icazə verilmir.
İşə 31.05.2022-ci il tarixində baxılacaqdır.
"LSİM" şirkəti mobil kontent və provayder xidmətləri göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)




