Azərbaycanda 3 bankın qiymətli kağızlara investisiyaları 1 milyard manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.
Bunlar "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lərdir.
Digər 22 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 3-də investisiyaların məbləği 1 milyard manatdan çoxdur. Bunlar "Kapital Bank" (1 712,07 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (1 523,481 milyon manat) və "PAŞA Bank" (1 506,004 milyon manat) ASC-lərdir.
Qiymətli kağızlara investisiyaların məbləği 2 bankda 100 milyon manatdan 1 milyard manata qədər, 13 bankda 10-100 milyon manat arasında, 4 bankda isə 10 milyon manatdan azdır.
12 bankın qiymətli kağızlara investisiyaları azalıb
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 22-nin bu il və ötən il aprelin 1-nə aktivlərində qiymətli kağızlara investisiyalar olub ki, bunlardan da 12-də fond bazarına investisiyaların illik dinamikası mənfi olub.
Həmin banklar “AFB Bank”, “Xalq Bank”, “Express Bank”, “PAŞA Bank”, “Bank of Baku”, “Yelo Bank”, “Bank VTB Azərbaycan”, “Bank Respublika” və “Bank BTB” ASC-lər, “Access Bank” QSC, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır. Ən çox azalma "Bank BTB”də (65,2%), ən az azalma isə “AFB Bank”da (1,5%) qeydə alınıb.
10 bankda isə fond bazarına investisiyalar artıb. Bunlar “Naxçıvan Bank”, “Azər-Türk Bank”, “Kapital Bank”, “Bank Avrasiya”, “Unibank”, “Turan Bank”, “Rabitəbank”, “Ziraat Bank Azərbaycan” və “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-lər, “Yapı Kredi Bank” QSC-dir. Ən yüksək dinamika "Naxçıvan Bank”da (11,3 dəfə dəfə), ən aşağı dinamika isə ABB-də (12,2%) qeydə alınıb.
4 bank - "Azərbaycan Sənaye Bankı", "Günay Bank", "Muğan Bank" və "Premium Bank" ASC-lər son 1 ildə qiymətli kağızlara bazarına investisiya qoymayıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© “Renkinq”
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















