Bakıda sərgidə “Robotti” texnikası böyük marağa səbəb olub - VİDEO
Bakıda 15-ci “Caspian Agro” kənd təsərrüfatı sərgisi keçirilir.
Marja xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Smart Agro” stendində "Aqroservis" ASC tərəfindən təqdim edilən “Robotti” texnikası böyük maraqla qarşılanıb.
Regionda bir ilk olan bu texnika, hətta, dünya səviyyəsində belə cəmi bir neçə ölkədə pilot layihə kimi sınaqlardan keçirilir. Danimarkanın Agrointelli şirkətinin istehsalı olan “Robotti” heç bir sürücünün və idarəedicinin köməyinə ehtiyac olmadan avtonom şəkildə çalışan və traktoru əvəz edən innovativ bir aqrobotdur. Bu aqrobot ağıllı idarəetmə sistemilə təchiz edilmişdir ki, bu da Robottiyə heç bir müdaxilə olmadan sahə üzrə optimal marşrut seçərək işləri icra etməyə imkan yaradır. Təhlükəsizliyin təmin edilməsi üçün Robotti xüsusi ölçü cihzaları ilə təchiz edilmişdir. Bunun sayəsində o, həm də bitkilərin zədələnməsinin qarşısını ala bilir. Aqrobot eyni performanslı traktorla müqayisədə iki dəfədən çox yüngül olduğu üçün torpağın preslənməsinə yol vermir, bu isə öz növbəsində məhsuldarığa əlavə müsbət təsir edir. Robotti innovativ texnikası standart qoşqu və aqreqatlarla işləmək üçün tam uyğundur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
11 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 7 saat sonra
-
- 14 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 15 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























