4S və Claas Azərbaycan fermerlərinə innovativ texnikalar təklif edir
"Bu texnika hər 1 dəqiqəyə 450 kiloqram pres bağlamaq imkanına malikdir. Bu öz sinfində ən sürətli göstərici hesab edilir".(®) Mayın 18-də Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 15-ci “Caspian Agro” sərgisi keçirilib. Azərbaycanın aqrar sektorunun ən iddialı şirkətləri sırasına qısa müddət ərzində daxil olan “4S” şirkəti artıq üçüncü dəfədir ki, bu sərgidə iştirak edir.
“4S” şirkətinin direktoru Elxan Ələkbərov sərgidə təqdim olunan texnikalar və innovativ sistemlər haqqında ətraflı məlumat verib. O qeyd edib ki, yarandığı gündən etibarən 4S şirkətinin əsas hədəfi dünyanın və xüsusəndə Almaniya sənayesinin aqrar sahə üçün innovativ yeniliklərini Azərbaycana gətirmək və ölkəmizdə intensiv, texnologiya əsaslı aqrar sahənin inkişafını dəstəkləməkdir:
“Azərbaycan fermerlərinin etibarlı iş yoldaşına çevrilmiş “ARION 430” modeli ziyarətçilərə təqdim edilir. Biz “ARION 430” modelli traktorun istismarı, incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya almaq imkanı da yaratmışıq. Həm də hal-hazırda bu modeli istismar edən və istismarı imkanları ilə tanış olmaq istəyən fermerlər üçün əla fürsətdir.
Eyni zamanda sərgi çərçivəsində “Claas” konserninin zəhmətkeşi statusunu uğurla daşıyan “QUADRANT 5300” pres bağlayanı da təqdim edilib. Bu texnika hər 1 dəqiqəyə 450 kiloqram pres bağlamaq imkanına malikdir. Bu isə öz sinfində ən sürətli göstərici hesab edilir.
Eyni zamanda builki sərgidə “Claas Dominator” kombaynının yenilənmiş və gücləndirilmiş versiyası ziyarətçilərə təqdim edilib. Bu kombayn artıq uzun illərdir Azərbaycan fermerlərinin ən etibarlı tərəfdaşına çevrilib və özünü uğurla təsdiq edib. Etibarlı və həmişə işləməyə hazır olan dominatorun yeni 260 seriyasının iş imkanları yaxın zamanlarda ölkə fermerlərinin iştirakı ilə sahədə nümayiş olunacaq. Qısa deyim ki, yeni “Dominator” 5 saman silkələyənə, eyni zamanda 60% böyüdülmüş təmizləmə sahəsinə, 2 dəfə böyük taxıl çəninə malikdir. Yeni “Dominator”un çənini cəmi 1 dəqiqəyə boşaltmaq mümkündür və bu da sahədə iş əmsalının və yığımın sürətini artırmağa şərait yaradır. Kombayn bütün növ taxıl bitkilərinin yığımında yüksək məhsuldarlıq göstərir. Bu texnikanın bütün imkanlarının təqdimatı üçün yaxın zamanlarda xüsusi proqram üzrə tədbirlərin icrasına start veriləcək”.
Əlavə olaraq, Elxan Ələkbərov vurğulayıb ki, “4S” şirkəti olaraq digər rəsmi tərəfdaşımız olan ABŞ-ın “LINDSAY” şirkətinin stendində müasir suvarma avadanlığı ilə bağlı innovativ həllər, məsafədən idarəetmə sistemləri nümayiş etdirilir: “Xüsusən ekspertlərdən “FieldNET” distant idarəetmə sistemi ilə bağlı ətraflı məlumat almaq mümkündür.”FieldNET”in üstünlükləri bununla bitmir, daha detallı məlumat üçün stendimizi ziyarət etməyi tövsiyə edirəm.
“4S” şirkəti təklif etdiyi bütün kənd təssərüfatı məhsullarını 20% ilkin ödəniş, 40% subsidiya və 40 % əlverişli lizinq şərtləri ilə təklif edir. Eyni zamanda məhsulun növündən və gücündən asılı olaraq onlara uzun müddətli keyfiyyətli servis xidməti təklif etməkdədir”.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
30 d. əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 37 d. əvvəl
-
54 d. əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
-
2 saat əvvəl
"Hazırda təxminən 380 min KOB-un bir çoxu hələ də əsasən nağd pulla fəaliyyət göstərir"
-
2 saat əvvəl
Yanvarda Gürcüstanda 5 %-ə yaxın illik inflyasiya qeydə alınıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
Ən çox oxunanlar
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır
Azərbaycanda lizinq haqqında yeni qanun qəbul olunacaq
“Fintrend” BOKT-ın vəzifəli şəxsi cərimə edildi
“Azvvallet” şirkəti cəzalandırıldı - Xidmətinin dayandırılması barədə göstəriş verildi






















