Koronavirusla mübarizəyə xərclənən vəsait proqnozlaşdırılandan 3 dəfə çox olub
2021-ci ildə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə faktiki olaraq 806,8 milyon manat xərclənib.Keçən il koronavirusla mübarizə tədbirləri üçün xərclənən vəsait proqnozlaşdırılandan artıq olub.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ında yer alıb.
Hesabatda qeyd edilir ki, ölkədə koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması, xəstəliyə yoluxmuş şəxslərin karantin nəzarətinə götürülməsi və müalicəsinin səmərəli təşkili məqsədilə ölkənin müvafiq bölgələrində quraşdırılmış modul tipli xəstəxanaların və stasionar müalicə tədbirlərinə cəlb olunmuş özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tibb müəssisələrinin maliyyə təminatı 2021-ci ildə də davam etdirilib.
2021-ci ildə ölkədə davam edən koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri üçün 261,0 milyon manat məbləğində vəsait nəzərdə tutulsa da, pandemiyadan yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmaq, orqanizmin koronavirus (COVID-19) infeksiyasına qarşı immunitetini yenidən artırmaq üçün “buster” dozanın vurulması məqsədilə yeni vaksinlərin alınması zərurəti yaranıb. Bu səbəbdən koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə faktiki olaraq 806,8 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaitindən 526,8 milyon manat, İcbari Tibbi Sığorta Fondunun vəsaitindən 280 milyon manat istifadə olunub.
Ayrılmış vəsaitin 314,1 milyon manatı vaksinlərin alınmasına, 165,8 milyon manatı tibb işçilərinə müddətli əlavənin ödənilməsinə, 153,7 milyon manatı modul tipli xəstəxanaların və özünümaliyyələşdirmə prinsipi ilə işləyən tibb müəssisələrinin fəaliyyətlərinin təmin edilməsinə, 120,6 milyon manatı dərman, tibbi ləvazimatlar, avadanlıqlar və digər malların alınmasına, 52,6 milyon manatı COVID-19 testlərinin (reagentlərin) alınmasına və digər xərclərin maliyyələşdirilməsinə istifadə olunub.
Koronavirusa qarşı vaksinlərin alınmasına xərclənən vəsait məlum olub
Ötən il koronavirusa qarşı peyvəndlərin alınmasına xərclənən vəsait açıqlanıb.
Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Hesabatda qeyd edilir ki, ötən il COVİD-19-a qarşı vaksinlərin alınmasına 314,1 milyon manat yönəldilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
19 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 15 saat sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 8 saat əvvəl
-
21 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
23 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























