"Avropa İttifaqı ortamüddətli perspektivdə neft tədarükçüsü kimi Rusiyanı əvəz edə bilməyəcək"
Avropa İttifaqı ortamüddətli perspektivdə neft tədarükçüsü kimi Rusiyanı əvəz edə bilməyəcək.
Marja xəbər verir ki, “Lukoyl”un eks-prezidenti Vaqit Ələkbərov bazar günü “Financial Times” qəzetinin saytında dərc olunan müsahibəsində Rusiyaya qarşı neft embarqosunun tətbiqinin hər iki tərəf üçün “mümkün olan ən pis ssenari” olacağını bildirib.
O, Avropa Komissiyasının Rusiya neftindən imtina planlarını şərh edərkən deyib: “Rusiya kimi böyük enerji təchizatçısı üçün hətta ortamüddətli perspektivdə əvəzedici tapmaq mümkün deyil”. Bu, dekarbonizasiya kimi təbii proses deyil və koronavirus pandemiyası zamanı yaranan qısamüddətli istehlak böhranı deyil. Bu, bütün bazar iştirakçıları üçün uzunmüddətli mənfi nəticələrə səbəb olacaq son dərəcə ağır enerji böhranıdır".
Onun sözlərinə görə, Rusiya neftinin tədarükünü başqa ölkələrə yönəltməyə imkan verəcək yeni infrastrukturun qurulmasına illər lazım olacaq: "Rusiya 2020-ci ildə pandemiyanın əvvəlində edildiyi kimi neft hasilatını azaltmalı olacaq, çünki Avropaya göndərilən bütün həcmlərini bir gecədə başqa ölkələrə yönləndirmək mümkün deyil".
"Hərbi münaqişələr tez başa çata bilər, halbuki qlobal enerji konfiqurasiyası onilliklər ərzində bir çox peşəkar nəsillər tərəfindən sərmayələr və gərgin zəhmət hesabına qurulub. Bütün bunları pozmağa və məhv etməyə ehtiyac yoxdur", - "Lukoyl"un keçmiş rəhbəri əlavə edib.
O, qeyd edib ki, Qərb ölkələri Rusiya dövlətinə və biznesinə qarşı sanksiyalar tətbiq etməklə artıq öz mövqelərini sərtləşdiriblər və onları daha da sərtləşdirməyə ehtiyac yoxdur. Ələkbərovun sözlərinə görə, Qərbin sanksiya siyasəti çox vaxt “xaotik, emosional xarakterli” təəssürat yaradır və “siyasi qərarlar qəbul etməyən və siyasi təsir gücü olmayan” insanlara məhdudiyyətlər qoyulur.
Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin qondarma Donbass respublikalarının rəhbərlərinin yardım xahişinə cavab olaraq Ukraynada "xüsusi hərbi əməliyyat" elan edib. Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq etdiklərini bəyan ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
10 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
11 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
11 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 12 saat əvvəl
-
13 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb








.jpg)











