Azərbaycan bankından Kiprdə əmlak sahibi olmaq üçün eksklüziv təklif
“PASHA Private Banking” müştəriləri üçün 250-dən çox daşınmaz əmlak layihəsini özündə cəmləyən eksklüziv bir təklif hazırlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, Kiprin ən kosmopolit şəhərlərindən olan Pafos və Limassolda mənzillər, villalar almaq, yatırım etmək və bank tərəfindən maliyyələşdirmə şərtləri ilə daşınmaz əmlak əldə etmək mümkün olacaq.
Kipr adasının cənub-qərb hissəsində yerləşən Pafos şəhəri sevgi və gözəllik ilahəsi Afroditanın doğulduğu yerdir. Bir vaxtlar Kiprin qədim paytaxtı olan Pafos bu gün Avropa Birliyinin Mədəniyyət Paytaxtı elan edilmiş ən mənzərəli şəhərlərindən biridir.
Kiprin kosmopolit paytaxtı olan Limassol, ölkənin biznes bölgəsi və canlı sosial mərkəzidir. Limassol, həyat keyfiyyəti, cazibəsi və atmosferinə görə dünyanın ən yaxşı şəhərlərindən biri kimi tanınır.
Kiprdə mülk sahibi olmaqla, hansı üstünlükləri qazanacaqsınız?
-Ailə üzvlərinizlə birlikdə daimi yaşayış icazəsi;
-20 000 EUR-dan başlayan illik gəlir;
-Avropa İttifaqı ölkələrində təhsil imkanı;
-Avropa İttifaqı ölkələrinə daha rahat səyahət
-Bir həftə ərzində Şengen vizasının alınması.
Qeyd edək ki, Kiprdə daimi yaşayış icazəsi birdəfəlik verilir və digər proqramlardan fərqli olaraq yenilənməsi tələb olunmur. Daşınmaz əmlakın alınması üçün müraciət və bütün proseslər tamamilə məsafədən həyata keçirilir.
Kiprdə əmlak sahibi olmaq imkanı ilə bağlı ətraflı məlumat üçün “PASHA Private Banking” ofisinə müraciət edə, yaxud *1230 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 10 saat sonra
-
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb




















