Zakir Nuriyev Türkiyə Banklar Birliyinin yığıncağında iştirak edib
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 65-ci Ümumi Yığıncağında iştirak edib.
Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri Dr. Nureddin Nebatinin iştirakı ilə təşkil olunub.
İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar, Bankların Tənzimlənməsi və Nəzarəti Agentliyinin rəhbəri Mehmet Ali Akben, nazir Dr. Nureddin Nebati çıxış edib. İclas zamanı Dünya və Türkiyə iqtisadiyyatındakı cari vəziyyət və yeni perspektivlər müzakirə edilib.
Üzv bankların iştirakı ilə keçirilən iclas zamanı Birliyin İdarə Heyətinin və Auditorlar Şurasının üzvləri təsdiq edilmişdir.
ABA-nın rəhbərliyi Avropa Banklar Federasiyasının illik iclasında iştirak edib
29-30 may 2022-ci il tarixində, İstanbul şəhərində Türkiyə Banklar Birliyinin (TBB) təşkilatçılığı ilə Avropa Banklar Federasiyasının (ABF) illik iclası keçirilmişdir. İclasda Mərkəzi və Şərqi Avropa və digər ölkələrdən banklar assosiasiyalarının rəhbərləri iştirak etmişdir. İclasda Avropa Banklar Federasiyasının İcra Komitəsinin sədri Kristian Ossiq, Federasiyanın Baş katibi Vim Mijs və TBB-nin Baş Katibi açılış nitqi ilə çıxış etmişlər. Əsas müzakirə mövzuları Türkiyədə bank sektorunun cari vəziyyəti, Ukrayna-Rusiya müharibəsinin qonşu ölkələrin iqtisadiyyatına təsiri, ABF-in fəaliyyətləri və Avropa Birliyi səviyyəsində maliyyə-bank sektorunda ən son yeniliklər, Basel III/IV və ESG risklər, davamlı inkişafın maliyyələşdirilməsi, maliyyə savadlılığı olmuşdur.
Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və İcraçı direktoru Yunus Abdulov sözügedən iclasda iştirak etmiş və iclas iştirakçılarına Azərbaycanda maliyyə-bank sektorunun cari vəziyyəti, pandemiya və ondan sonrakı dövrlərdə bank sektorunun fəaliyyəti, həyata keçirilmiş layihələr, görülmüş işlər barədə məlumat vermişlər.
Hazırda Avropa Banklar Federasiyasına Avropa ölkələrindən 32 bank assosiasiyası üzvdür. Bu assosiasiyaların nəzdində 3500 bank təmsil olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























