"Gəlirli sahədir. Hektara 40-50 ton yaxşı məhsul verir”

Masallıda açıq sahələrdə yetişdirilən çiyələyin dəriminə başlanılıb. İki ildir əkilən yeni sortlar xarici bazarlara da çıxarılır.
Masallının Şərəfə kənd sakini, fermer Rafət Abbasov uzun illərdir 20 hektar sahədə taxıl, pomidor, çiyələk, sarımsaq və digər kənd təsərrüfatı bitkiləri əkir. Bu il 3 hektar sahədə dadlı, ətirli “Samra” adlanan çiyələk sortu yetişdirib. Bir neçə gündür sahələrdə məhsul yığılır. Fermer deyir ki, “Samra” sortu yaxşı məhsuldardır: “Baxmayaraq ki, mart ayında yağmurlu keçən havalarda selbasmalar oldu, müəyyən qədər sahələrimizə ziyan dəydi. Amma sahəni dirçəldə bildik, lazımi aqrotexniki qulluq elədik. Gördüyünüz kimi, məhsuldarlıq da yaxşıdır”.
İki ildir əkilən yeni sortlar artıq xarici bazara çıxış imkanları da yaradıb. Bu mövsüm Rusiya və digər MDB ölkələrinə hələlik parniklərdə yetişdirilən çiyələk göndərilir.
Çiyələk əkini ilə məşğul olan Rafiq Abbasov da eyni sort çiyələk əkib. “Çiyələkdə belə bir xüsusiyyət var. Buna yağış, su, şeh dəydikdə xarici bazara çıxarmaq risklidir. Daxili bazarda isə Bakı ilə yanaşı, bütün bölgələrə göndərilir. Bu gün Bərdəyə, Xaçmaza çiyələk göndərmişəm. Havalar isindikcə çiyələk də böyüyür, dadı, iyi daha yaxşı olur. Xarici bazarlara da məhsul çıxarırıq”, - deyə fermer bildirir.
Onun sözlərinə görə, torpağı sevə-sevə əksən, bir ailənin 1 illik dolanışığını torpaqdan çıxarmaq olar.
Gənc fermer Əmrah Abbasov da torpağa bağlanıb. O da bir neçə ildir çiyələk yetişdirir: “İlk vaxtlarda əmimlə birgə əkib-becərirdim. Sonra gəlirli sahə olduğu üçün bu işlə özüm tək məşğul olmağa başladım. Keçən il təxminən 1 hektar sahədə əkmişdim. Bu il 2 hektara çatdırmışam. Gəlirli sahədir. Əkin yerini gələn il də artıracağam. Hektara 40-50 ton yaxşı məhsul verir”.
Ötən il Masallıda hektara 23 ton olmaqla, 5 min tona yaxın çiyələk tədarük edilib. Builki çiyələk yığımı isə hava şəraitindən asılı olaraq noyabr ayınadək davam edəcək.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© Azərtac
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 7 d. əvvəl
-
38 d. əvvəl
Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi
-
📲 İndi
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az -
46 d. əvvəl
Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard dolları Ukraynaya ayırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Məşhur YouTuber MrBeast öz telekommunikasiya şirkətini qurur
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər

Azərbaycan neftinin son qiyməti

Mərkəzi Bank, AzFina və PashaPay “Fintex Üfüqləri Forumu” keçirdi

“Qırmızı şənbə!” - “Baku Electronics”də 70%-dək ENDİRİM


Rəsmi məzənnələr açıqlandı

Məşhur YouTuber MrBeast öz telekommunikasiya şirkətini qurur

Neft, OPEC+ toplantısı ərəfəsində ucuzlaşmaqda davam etdir

Anthropic-in dəyəri 183 milyard dollara çatıb
Ən çox oxunanlar

Tesla-nın Avropadakı satışları getdikcə azalır

Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
