Domino effekti nəzəriyyəsi
Hər hansı davranışda dəyişiklik etdikdə bu proses zəncirvari bir reaksiyanı aktivləşdirir və digər davranışlarda da dəyişikliyə səbəb olur. Buna domino effekti deyilir.
“Domino effekti” nəzəriyyəsi ilk dəfə Con Foster Dalles tərəfindən irəli sürülüb. Bu termin ABŞ siyasətçiləri tərəfindən 1950-1980-ci illərdə, yəni Soyuq Müharibə dövründə Amerikanın digər dövlətlərə müdaxiləsinə haqq qazandırmaq üçün istifadə edilirdi. Xüsusilə, kommunist ölkələrə qarşı istiqamətlənən bu nəzəriyyənin siyasi mahiyyəti həmin dövr üçün belə idi: “Bir bölgədə kommunizmin yayılması, ona qonşu olan dövlətlərdə də eyni ideologiyanın yayılmasına səbəb ola bilər.”
Northwestern Universitetindəki tədqiqatçılar tərəfindən 2012-ci ildə aparılan bir tədqiqatda insanların hər gün hərəkətsiz keçirdikləri boş vaxtlarını azaltmağın onların yağ qəbulunu azaltmasına gətirib çıxardığını müəyyənləşdirdilər. Halbuki, iştirakçılara daha az yağ istehlak etmələri deyilməmişdi, ancaq fəaliyyətin təbii təsiri ilə onların yemək vərdişləri yaxşılaşdı. Çünki divanda televizor izləmək və necə gəldi yemək yemək üçün daha az vaxt xərcləyirdilər. Bir vərdiş digərinə səbəb oldu, yəni bir domino digərini aşırdı.
Öz həyatınızda da bənzər hadisələri görə bilərsiniz.
Domino effekti mənfi vərdişlər üçün də keçərlidir. Telefonunuza nəzarət etmə vərdişlərinin sosial mediaya tez-tez baş çəkmə vərdişinizə, onun sosial media bildirişlərini oxumaq vərdişinə və bunun da daha bir başqa 20 dəqiqəlik vaxt itkisinə səbəb olduğunu görə bilərsiniz.
Stanford Universitetinin professoru B.C.Foqun sözlərinə görə, “Bir davranışı əsla dəyişdirə bilməzsiniz. Davranışlarımız bir-birinə bağlıdır, bu səbəblə bir davranışı dəyişəndə digər davranışlarınız da dəyişir”.
Domino effekti necə yaranır?
Domino effekti iki səbəbdən yaranır.
Birincisi, gündəlik həyatımızı formalaşdıran bir çox vərdiş və fəaliyyətlərimiz bir-biri ilə əlaqəlidir. Həyat sistemləri və insan davranışları arasındakı qeyri-adi əlaqə yeni bir şey deyil. Şeylərin təbiətindəki fərqlilik qurduğunuz planlardan asılı olmayaraq, həyatın bir sahəsindəki seçimin digər sahələrdə təəccüblü nəticələr yaratmağının əsas səbəbidir.
İkincisi, Domino effekti insan davranışının əsas qanunlarından birini istifadə edir: öhdəlik və ardıcıllıq. Bu fenomen, Robert Cialdininin “Təsir” adlı insan davranışı haqqında klassik kitabında şərh olunur. Bu təsir təkcə yeni fəaliyyətlər yaratmaqla qalmır, eyni zamanda fərdi inanclarda da dəyişikliklər yaradır. Hər kiçik domino düşdükcə özünüz haqqında yeni şeylər düşünməyə və şəxsiyyət əsaslı vərdişlər yaratmağa başlayırsınız.
Domino Effektinin Qaydaları
Domino effekti təkcə qarşılaşdığınız yox, eyni zamanda yaradılan bir fenomendir. Buna görə də, növbəti uğurlu hərəkətə səbəb olan yeni davranışlar yaradaraq yaxşı vərdişlərin zəncirvari reaksiyasını sürətləndirmək sizin gücünüzdən asılıdır.
Bu işi real həyatda reallaşdırmaq üçün üç əsas qayda var. Domino Effektinin üç qaydası:
- Sizi ən çox motivasiya edən şeylə başlayın. Bu davranış kiçik belə olsa, onu ardıcıllıq reallaşdırın. Bir domino düşdüyü müddətcə hansının birinci düşdüyü vacib deyil.
- Sürətinizi qoruyun və dərhal növbəti vəzifəyə keçin. Bir vəzifənin bitirilməsi sizi dərhal növbəti fəaliyyətə yönləndirməlidir. Proses hər dəfə təkrarlandıqca yeni imicinizi daha çox sevəcəksiniz.
- Şübhələriniz varsa, fəaliyyətinizi daha kiçik hissələrə ayırın. Yeni vərdişləri sınayarkən, onların kiçik və idarə oluna bilən olmasına fokuslanın. Domino effekti inkişaf ilə əlaqədardır, nəticələrlə deyil. Bir domino avtomatik olaraq digərini aşırdığı müddətcə proses təkrarlanır.
Bir davranış növbəti davranışa səbəb olmursa, onda o ümumiyyətlə bu üç qaydaya uyğun gəlmir. Dominoların aşması üçün bir neçə fərqli üsul var. Sizi həyəcanlandıran davranışa fokuslanın və onun həyatınız boyunca davam etməsinə icazə verin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 d. əvvəl
-
8 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
-
12 saat əvvəl
"Tehran razılaşmasa, İranda hər şeyi havaya uçurub, nefti ələ keçirməyi düşünürəm"
- 12 saat əvvəl
-
12 saat əvvəl
"İran tərəfindən F-15E vurulduqdan sonra itkin düşmüş ABŞ hərbçisi xilas edilib"
-
12 saat əvvəl
"Çərşənbə axşamına qədər Hörmüz boğazı açılmasa, İran “cəhənnəmi yaşayacaq”"
- 1 gün əvvəl
-
1 gün əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
1 gün əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Neft qiymətləri yüksəlişdədir
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Ən çox oxunanlar
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
İran ABŞ-ın 48 saatlıq atəşkəs təklifini rədd edib
“Vulkan” ASC-nin rəhbərliyi növbədənkənar formalaşdırılacaq
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb




















