Ən yuxarı (mobil)-2_30

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına start verir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “İnnovativ könüllü” proqramına start verir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə “İnnovativ könüllü” proqramına start verilir.

“Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunan proqram gənclərin ictimai-sosial aktivliyinin artırılması məqsədilə həyata keçirilir.

İlkin mərhələdə nazirliyin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC üçün nəzərdə tutulan “Azərpoçt könüllüləri” istiqaməti üzrə qeydiyyat aparılır.

Proqrama 16-26 yaş aralığında olan şəxslər müraciət edə bilərlər.

Bu link – https://bit.ly/3PiRDxc vasitəsilə 23 iyun 2022-ci il tarixinədək qeydiyyatdan keçmək mümkündür.

“Azərpoçt könüllüləri” layihəsinin birinci mərhələsi “Azərpoçt” MMC-nin Bakı şəhərində yerləşən poçt xidmət mərkəzlərində həyata keçiriləcək. Könüllülər 2 əsas mərkəzi poçt məntəqəsi üzrə 3 növbədə fəaliyyət göstərəcəklər.

Rəqəmsallaşma və yenilənmə proseslərinə keçid etməkdə olan “Azərpoçt” bu layihəni vətəndaş məmnuniyyətinin ölçülməsi, onlardan gələn təklif və şikayətlərin araşdırılması məqsədilə iki ay müddətində davam etdirəcək.

13.06.2022 17:16

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18