Azercell-in yüksəksürətli internetinə metroda xüsusi güzəşt!
Lider mobil operator metrodan istifadə edən abunəçiləri üçün yeni kampaniyaya başlayır(®) “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan Azercell, rəqəmsal dünyanın hədsiz imkanlarını abunəçiləri üçün daha yaxın etmək məqsədilə xüsusi kampaniyaya başlayır.
Belə ki, 15 iyun 2022-ci il tarixindən etibarən Azercell abunəçiləri 0.59 AZN ödəməklə 3GB həcmində yüksəksürətli 1 saatlıq internet paketi əldə edəcəklər. Kampaniyadan yararlanmaq üçün M açar sözünü 2525-ə göndərmək lazımdır.
Məlumat üçün bildirək ki, metronun 24 stansiyası və tunelləri Azercell-in 4G şəbəkəsi ilə əhatə edilib. Azercell abunəçiləri hətta qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən istifadə edərək yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.
Azercell-in yüksək keyfiyyətli 4G şəbəkəsi Neftçilər, Qara Qarayev, Koroğlu, Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu, Ulduz, Nəriman Nərimanov, Gənclik, 28 may, Nizami, Elmlər Akademiyası, İnşaatçılar, 20 yanvar, Memar Əcəmi, Memar Əcəmi 2 (Bənövşəyi xətt), Avtovağzal, Nəsimi, Azadlıq prospekti, Dərnəgül, Cəfər Cabbarlı, Xətai, Sahil və İçərişəhər stansiyalarında, eləcə də bu stansiyaların tunellərində aktivdir.
Kampaniya haqqında daha ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/internet/metro-internet-pack.html səhifəsinə keçid etməyiniz xahiş edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







