Code Academy "Korporativ Həllərlə Daha da Yüksəklərə!" adlı qapalı tədbir keçirdi
IT tədrisi sahəsində xüsusi xidmətləri ilə seçilən və Təhsil Nazirliyi tərəfindən lisenziya alan ilk özəl tədris müəssisəsi Code Academy korporativ tərəfdaşları üçün «Korporativ Həllərlə Daha da Yüksəklərə!» adlı qapalı tədbir keçirib.
14 iyun tarixində Fairmont otelində təşkil olunan tədbirdə dövlət qurumları ilə yanaşı, ölkənin aparıcı özəl sektor nümayəndələrinin rəhbər şəxsləri iştirak edib. Tədbirdə Code Academy biznes dünyasının xüsusi ehtiyaclarını nəzərə alaraq təkmilləşdirdiyi korporativ qolunu iştirakçılara təqdim edərək, onları şirkətlərinin #DahadaYüksəklərə çatması üçün təklif etdiyi əsas korporativ həlləri ilə yaxından tanış edib.
Tərəfdaşlarına IT, digital və biznes proseslərinin idarəedilməsi sahəsində strateji təhlil, düzgün həllər və innovativ yanaşma ilə uğurlu nəticə vəd edən Code Academy, şirkətlərə həm mövcud işçi heyətinin korporativ təlimlər vasitəsilə potensialının artırılması, həm də peşəkar komandanın sıfırdan formalaşdırılmasında dəstək olacağını bildirib.
Tədbirdə həmçinin, Code Game və Code Technology adlı yerli və qlobal bazarı hədəfləyən yeni layihələr haqqında da qonaqlara məlumat verilib.
Code Academy tərəfindən tədbir iştirakçıları üçün eyni zamanda ‘Blockchain, NFT və Metaverse Texnologiyaları ilə yeni dünyanın qlobal trendləri’ mövzusunda Türkiyədən dəvət olunmuş ekspertin iştirakı ilə seminar təşkil olunub.
7 ildən çoxdur ki, 3500 nəfərdən çox tələbəyə xidmət göstərmiş Code Academy və onun fəaliyyəti haqqında daha ətraflı məlumatla https://code.edu.az/ rəsmi veb saytına daxil olaraq tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























