Azərbaycanda lüks əşyaların satışından 1 milyon manatdan çox qazanıb
Azərbaycanda lüks əşyalar pərakəndəçisi “Italdizain” QSC 2015-ci ili 1 milyon 157 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2014-cü illə müqayisədə QSC-nin xalis mənfəəti 27% azalıb. “Italdizain” 2014-cü ildə 1 milyon 594 min manat xalis mənfəət əldə etmişdi.
2015-ci ildə “Italdizain”ın satışdan cəmi gəlirləri 56 milyon 174 min manat təşil edib. Bu, 2014-cü illə müqayisədə 23% çoxdur.
56 milyon 174 min manat gəlirin 50 milyon 115 min manatı malların dəyəri olub. 133 min manat digər daxilolma daxil QSC-nin xalis gəliri 6 milyon 192 min manat təşkil edib. Şirkət işlərin aparılmasına 4 milyon 853 min manat inzibati xərc çəkib, bundan başqa 182 min manat mənfəət vergisi ödəyib. Nəticədə şirkətin 1 milyon 157 min manat xalis mənfəəti qalıb.
31 Dekabr 2015-ci il tarixinə “Italdizain” 13,08 milyon manat cəmi aktivlərə, 8,25 milyon manat öhdəliklərə, 4,84 milyon manat cəmi kapitala malik olub.
Küks əşyalar pərakəndəçisi Italdizain Group özündə 5 istiqaməti birləşdirir: Mebel, qab-qacaq, tekstil, keramika, zərgərlik məmulatları və saat. Holdinq 27 salon və butikə malikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























