Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi
(®) Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir. Bir neçə yeni xidməti təqdim etmək üçün Kapital Bank 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. “Məsafə saxlamırıq!” şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.
Tədbiri açılış nitqi ilə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açdı. O, çıxışı zamanı Kapital Bank-ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verdi. Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.
Kapital Bank-ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdi.
Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırıldı.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
1 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
-
2 saat əvvəl
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Ən çox oxunanlar
SpaceX rekord IPO-ya hazırlaşır
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin






.jpg)
.jpg)









.jpg)


