"Həyatınız boyu yaşayacağınız ən böyük böhran olacaq"
Qlobal bazarların ən məşhur investorlarından Cim Rocers (Jim Rogers), qarşıdakı bir neçə il ərzində Qərb sisteminin tamamilə çökəcəyini deyib. Rocers, "Bu səbəbdən Çinə köçmüşəm və uşaqlarım Çin dilində öyrənir" - deyib.
"Marja" xəbər verir ki, əfsanəvi investor Cim Rocers, "Business Insider"a verdiyi müsahibəsində bu il sonunda və ya gələn il bütün zamanların ən böyük böhranını nəzərdə tutduğunu deyib. Rocers, "İnvestisiya karyeramda bunu öyrəndim: Amerikadakı bəzi səhmlər bir "şara" çevrilir. "Şarlar" yaranır. Və sistem çökür. Mən də buna görə Çinə getdim və uşaqlarım Çin dilində öyrənir. Dövlətlərin iflas etdiyini görəcəksiniz. İslandiya kimi. Başqa ölkələr də bu dəfə batacaq. Qərb mədəniyyəti çökəcək. Həyatınız boyu yaşayacaqsınız ən böyük iflas olacaq" deyib.
BU İLİN SONUNDA OLACAQ
ABŞ-dakı "şar"ların partlamasının vaxtı məsələsində isə Cim Rocers olduqca narahatdır. Rocersə görə, bazarlardakı böyük böhran bu ilin sonunda, ya da gələn il kimi qısa bir müddətdə baş verəcək. 2008 böhranındakı kimi partlayışın heç gözlənməyən bir ölkədən başlayacağını deyən Rocers, "2007-də İslandiya iflas etdi. Hər kəs təəccübləndi. Onların bir bazarı var?- deyə soruşanlar oldu. Daha sonra İrlandiya və "Bear Stearns" dağıldı. Daha sonra da "Lehman Brothers". Dövran hər zaman belədir. Hər zaman baxmadığımız yerdən baş verir" şəklində danışıb.
BORC HEÇ BU QƏDƏR PİS OLMAYIB
ABŞ başda olmaqla dünyadakı borc miqdarının heç vaxt bu qədər pis olmadığını vurğulayan Rocers, "2008 böhranında pis günlər üçün Çinin əlində iri bir çox ehtiyatı vardı. Çətin günlər gəldi və onlar da pullarını xərcləməyə başladılar. Hazırda Çinin də borcu var. ABŞ Mərkəz Bankının balansı 2008-ə görə beş qat daha böyükdür" deyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
12 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















