“Unicapital İnvestisiya Şirkəti”nə 4 direktor təyin edilib
“Unicapital İnvestisiya Şirkəti” ASC-nin yeni təşkilati strukturu təsdiqlənib“Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarına əsasən, şirkətin yeni təşkilati strukturu qəbul edilib.
Şirkətin yaydığı məlumatda bildiirilir ki, bu dəyişiklik şirkətin sürətli inkişafına, əməliyyat effektivliyinin artırılmasına və daha çevik qərar qəbulu prosesinin təmin edilməsinə tövfə verəcək.
“Unicapital”ın yeni strateji istiqamətlərinə uyğun olaraq, şirkətin qarşısında olan hədəflərin reallaşması məqsədilə, təşkilati strukturda “Direktor” vəzifəsinin yaradılması təsdiq edilib. Yeni struktura əsasən, Vüqar Namazov, Elmira İsmayılova, Tələt Kalayev və Tural Salmanov direktor vəzifələrinə təyin ediliblər.
İnvestisiya Şirkətinin Baş Meneceri Tahir Qəribov yeni təşkilati strukturla bağlı fikirlərini bildirib: “İdarəetmə prosesinə innovativ yanaşmamız sayəsində tətbiq edilən dəyişikliklər, “Unicapital”ın sürətli inkişafını davam etdirərək, əməliyyatlarımızın genişləndirməsinə imkan verəcək”.
Həmçinin, yeni idarəçilik modelinə əsasən, Baş Menecerin sərəncamı ilə şirkətdə İcraedici Komitə yaradılıb. İcraedici Komitənin fəaliyyəti qarşıya çıxan məsələləri daha operativ qaydada həll edərək, şirkətin innovativ strategiyasını dəstəkləməyə şərait yaradır. Şirkətin bütün istiqamət rəhbərlərini strateji xarakterli məsələlərin həllinə cəlb edən yeni struktur, təşkilatın kollegial formada idarə olunmasını təmin edəcək.
Beləliklə, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin yeni təşkilatı strukturuna əsasən, icraedici idarəetmə Baş Menecer, Direktorlar və şöbə rəhbərlərinin daxil olduğu kollegial orqan olan İcra Komitəsi üzərindən təşkil edilir.
Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 22 saat sonra
-
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 44 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti
Abşeronun prokuroru vəzifəsindən azad olundu
























