“AgroTrade Supply” yeni layihəsi ilə diqqət mərkəzində - FOTO, VİDEO
ATS Qrup yerli buğda və arpa məhsullarının əlverişli qiymətlərlə tədarükünə başlayıb. Fermerlər öz məhsulları ilə bu məntəqələrə yaxınlaşır, onların iştirakı ilə məhsul çəkilir, keyfiyyəti yoxlanılır, qiyməti razılaşdırılır və məhsulun dəyəri yerində ödənilir.(®) “AgroTrade Supply” (ATS Qrup) ölkəmizin aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə sıx əməkdaşlıq edən və alıcılara yüksək keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirmək, yerli əhalinin gəlirlərini artırmaq və bu yolla ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə verməkdən ibarətdir.
Şirkətin strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur.
ATS Qrupa daxil olan “Abşeron-Taxıl” un dəyirmanında il ərzində 100 min ton yüksək keyfiyyətli, həm zavod çörəyi, həm də təndir çörəyi üçün un istehsal edilir. Dəyirman həm daxili, həm də yüksək keyfiyyətli Rusiya və Qazaxıstan buğdasından istifadə edir.
Qrupun digər aparıcı müəssisəsi Ağdaş Yem Zavodudur. Zavod ildə 120 min ton müxtəlif heyvan və quş yemləri istehsal edir. Ağdaş qüvvəli yemləri fermalarda məhsuldarlığın artırılmasında mühüm rol oynayır.
Yem istehsalını əvəzedilməz komponent olan şrot və bitki yağları ilə təmin etmək üçün ATS Qrupun tərkibində soya və günəbaxan emalı zavodu da istifadəyə verilmişdir. Zavod ildə 35 min ton soya və günəbaxan emal edir. Müəssisənin xammala olan tələbatı əsasən Cənubi Amerika ölkələrindən idxal, qismən isə yerli məhsullar hesabına ödənilir.
Həm yem, həm də bitki yağları fabriklərinin xammal təminatının yaxşılaşdırılması üçün ATS Qrup tərəfindən müqaviləli əkinçilik layihəsi həyata keçirilir. Layihə 2000 hektar sahədə 60-dan artıq kiçik fermer təsərrüfatını əhatə edir. Soya və qarğıdalı əkinləri üçün fermerlər şirkət tərəfindən toxum, gübrə, pestisidlər və texnika ilə əvvəlcədən təmin edilirlər. Göstərilən maddi və aqronomik dəstək əkinçilərin güclənməsi və böyüməsinə kömək edir.
Digər ATS şirkəti olan “Delta Qrup C.O.” MMC ölkənin ən böyük qida sənayesi müəssisələrindən biridir. Burada ildə 5 min ton ekstra sinfə aid mətbəx unu, 12 min ton çörək, 4 min ton makaron, 1000 tondan çox qənnadı məmulatları istehsal edilir və market şəbəkəsinə paylanılır. Müəssisə qiymət siyasətində əhalinin aztəminatlı hissəsinin ehtiyaclarının ödənilməsini prioritet olaraq daim diqqət mərkəzində saxlayır.
Cari taxılçılıq mövsümündə də ATS Qrup fermerlərimizə dəstək layihələrini davam etdirir. Hazırda yerli buğda və arpa məhsullarının əlverişli qiymətlərlə tədarükünə başlanılmışdır. Alış prosesinin sürətli, şəffaf şəkildə həyata keçirilməsi üçün Şəki, Qax, Saatlı, Beyləqan, Qobustan (Mərəzə), Cəlilabad, İsmayıllı, Oğuz, İmişli və Yevlax rayonlarında xüsusi qəbul məntəqələri qurulmuşdur. Məntəqələr ən zəruri laboratoriya avadanlıqları və avtomobil tərəzisi ilə təchiz edilmiş və internet şəbəkəsinə qoşulmuşdur. Fermerlər öz məhsulları ilə bu məntəqələrə yaxınlaşır, onların iştirakı ilə məhsul çəkilir, keyfiyyəti yoxlanılır, qiyməti razılaşdırılır və məhsulun dəyəri yerində ödənilir. Bu sistem taxıl tədarükü prosesinin asanlaşdırılmasına, yüklərin iri şəhərlərdə emal zavodları qarşısında uzun-uzadı növbə gözləməsinin aradan qaldırılmasına yönəlmişdir.
"Əminik ki, “AgroTrade Supply” Qrupunun ölkəmizin aqrar-sənaye sektorunun inkişafına yönəlmiş bu fəaliyyətləri daha da genişlənəcək, daha çox kənd zəhmətkeşləri bizimlə əməkdaşlığa qoşulacaq və investisiya layihələrimizdən faydalanacaqdır",- Şirkətin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























