Bakıda saxta pul hazırlayan dəstə üzvləri saxlanıldı
247 ədəd saxta əskinas aşkar olunaraq götürülüb.Sabunçu Rayon Polis İdarəsi və 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxta pul hazırlayaraq dövriyyəyə buraxan dəstə saxlanılıb.
Bu barədəDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, polisə Zabrat qəsəbəsində yerləşən marketlərdən birindən alış-veriş edən qadının satıcıya saxta əskinaslar verdiyi barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat nəticəsində həmin qadın Rəna Süleymanova müəyyən edilərək tutulub.
Araşdırmalar zamanı saxta pul hazırlayaraq dövriyyəyə buraxmaqda şübhəli bilinən dəstə başçısı İsmayıl Quliyev, onun tanışları Valeh Novruzov və Elnarə İsayeva da tutularaq Polis Bölməsinə gətiriliblər. İsmayıl Quliyevin Nizami rayonunda yaşadığı evə baxış zamanı əlavə olaraq 247 ədəd saxta əskinas aşkar olunaraq götürülüb.
Saxlanılan şəxslər ifadələrində saxta pulların İsmayıl Quliyev tərəfindən hazırlandığını bildiriblər. Valeh Novruzov isə icarəyə götürdüyü avtomobillə Rəna Süleymanova və Elnarə İsayevanı müxtəlif yerlərə apararaq alış-veriş zamanı saxta pulların dövriyyəyə buraxılmasını təşkil edib. Saxlanılan şəxslərin marketlərə saxta əskinaslar təqdim etməsi obyektlərin kameraları vasitəsi ilə də görüntülənib.
Aşkar edilən faktlarla əlaqədar araşdırmalar davam etdirilir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
19 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























