Bolton ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmaq niyyətini “böyük səhv” hesab edir
Ağ evin milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Con Bolton ABŞ-ın İranla nüvə anlaşmasını “böyük səhv” adlandırıb.
Bolton keçmiş Prezident Donald Trampın müşaviri olarkən ABŞ-ın İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planından çıxmasının təşəbbüskarı olub, bununla da anlaşma faktiki olaraq pozulub.
Co Bayden Prezident seçildikdən sonra isə ABŞ İranın nüvə proqramı üzrə təmasların bərpa olunmasına dair danışıqlara başlayıb.
“Düşünürəm ki, ABŞ Administrasiyasının 2015-ci il nüvə anlaşmasına qayıtmağı yalvarmaqla İran qarşısında zəiflik nümayiş etdirməsi böyük yanlışlıqdır. Administrasiya Vyanada diz üstə çöküb, anlaşmaya qayıtmaq üçün yalvarıb. Bu isə təkcə İran deyil, bütün dünya qarşısında zəiflik nümayiş etdirtməkdir”, - deyə cənab Bolton CNN telekanalının efirində bəyan edib.
Onun fikrinə, heç nə İranın nüvə proqramından imtina edə biləcəyinə işarə etmir.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi dünən İran vətəndaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü, 45 yaşlı Şəhram Pursafi haqqında qiyabi ittiham irəli sürüb. Ş. Pursafi 2021-ci ilin oktyabrından Boltonun qətlini təşkil etməyə cəhddə ittiham olunur.
İttihamda bildirilir ki, Pursafi Boltonun öldürülməsi üçün əvvəlcə 250 min dollar təklif edib, sonradan təklifini 300 min dollara qaldırıb.
“Axios” nəşri isə mənbələrə istinadən keçmiş dövlət katibi Mayk Pompeoya qarşı da sui-qəsd hazırlandığını yazıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb






















.jpg)





