Neft və qaz xaric Azərbaycanın ixracı idxalından 4,5 dəfə azdır - BÖYÜK KƏSİR YARANA BİLƏRDİ
2022-ci ilin 7 ayı ərzində Azərbaycanın ixracı 22 milyard 565 milyon 90 min dollar, o cümlədən neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 20 milyard 883 milyon 49 min dollar (ixracın 92,55%-i), neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 1 milyard 682 milyon 41 min dollar (ixracın 7.45%-i) təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin ilk 7 ayı ərzində neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 327 milyon 761 min dollar və ya 24% artıb. Neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac isə 2 dəfədən çox artıb.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 7 ayı ərzində Azərbaycanın cəmi ixracı 11 milyard 393 milyon 520 min dollar, o cümlədən neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 10 milyard 39 milyon 239 min dollar (ixracın 88.11%-i), neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac 1 milyard 354 milyon 280 min dollar (ixracın 11.89%-i) təşkil etmişdi.
Neft-qaz sektoruna daxil olan malların cəmi ixracda xüsusi çəkisi 11.89%-dən 7.45%-ə düşüb, neft-qaz sektoruna daxil olan malların ixracda xüsusi çəkisi isə 88.11%-dən 92,55%-ə yüksəlib.
Azərbaycanın cəmi idxalı 2022-ci ilin ilk 7 ayı ərzində 7 milyard 493 milyon 819 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 195 milyon 870 min dollar və ya 19% çoxdur.
Azərbaycanın idxalı neft-qaz sektoruna daxil olmayan malların ixracını 4,5 dəfə üstələyir. Əgər Azərbaycan neft-qaz sektoruna daxil olan malları ixrac etməsəydi xarici ticarətində böyük kəsir yarana bilərdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
2 d. əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
-
- 10 d. əvvəl
-
20 d. əvvəl
Gələcək artıq buradadır! Sea Breeze-də Digital Residence-in inşasına başlanır.
- 1 saat əvvəl
-
2 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Ən çox oxunanlar
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)













