Avropa Birliyi Rusiyaya sanksiyaları 6 ay uzadır
Avropa Birliyi (AB), Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarı verib.
"Marja" xəbər verir ki, AB sədri Donald Tusk, Rusiyanın Ukraynada stabilliyi pozması səbəbindən tətbiq etməkdə olduqları iqtisadi sanksiyaların uzadılmasına qərar verildiyini bildirib.
Donald Tusk "Twitter" mesajında, "Razılıq əldə olunub. Rusiyanın Minsk Müqaviləsini həyata keçirməkdə çatışmazlığı səbəbindən AB iqtisadi sanksiyaları uzadacaq", - ifadələrini istifadə edib.
Rusiya, 18 Mart 2014-cü ildə Krım Muxtar Respublikanı və Sivastopol şəhərini qeyri-qanuni ilhaq etmişdi. Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində çıxan hadisələrdən sonra Avropa Birliyi, ABŞ və bəzi ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlamışdı.
AB, Rusiyaya iqtisadi sanksiyalar qərarını ilk olaraq 2014-ci ildə vermişdi. Uzadılan iqtisadi sanksiyalara əsasən AB üzvü olan 28 ölkə, Rusiyaya silah satışı aparmır. Sanksiyalarla, Rusiyanın neft və qaz sektorlarında istifadə olunan bəzi texnologiyaları AB ölkələrindən alması məhdudlaşdırır. Həmçinin Rusiyanın dövlət bankları Avropada maliyyə sektorundan xaric olunur.
Xüsusən ticarət və investisiyalara qarşı məhdudiyyətləri əhatə edən sanksiyalar, hər 6 ayda bir uzadılır. Mövcud sanksiyaların müddəti 31 İyul 2017-ci ildə sona çatacaq.
AB-nin vəsaitlərin dondurulmasını və səyahət qadağasını nəzərdə tutan əlavə sanksiyaları da bir çox Rusiya və separatçı rəhbərləri əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 38 d. əvvəl
-
-
14 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
14 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
14 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
16 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti


























