"AVİCOM" MMC və Türkiyənin ADEO şirkəti kibertəhlükəsizlik sahəsində əməkdaşlığa başladı - FOTOLAR
Ölkəmizdə peşəkar kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində beynəlxalq səviyyədə təlim proqramlarının təşkil olunacaq.(®) 17 avqust 2022-ci il tarixində "Fairmont Baku” otelində AVICOM şirkəti tərəfindən kibertəhlükəsizlik mövzusuna həsr olunmuş "Next Generation Cyber Security" adlı tədbir keçirilib. Tədbirdə qardaş Türkiyə dövlətinin ən qabaqcıl kibertəhlükəsizlik xidmətləri təqdim edən ADEO şirkəti dəvət olunub.
Tədbir iştirakçılarına AVICOM və ADEO şirkətləri arasında strateji əməkdaşlıq haqqında məlumat verilib.
Çıxış edənlər AVICOM şirkətinin baş direktoru Rəşad Nəsirov və Kibertəhlükəsizlik üzrə konsultantı Samir Nuriyev, ADEO şirkətinin təsisçisi Korhan Ergönül və Texniki direktoru Melih Özhan, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov, BİSA MMC-nin direktoru İlqar Əliyev mövcud rəqəmsal risklər və onlara qarşı mübarizə üsulları barədə qonaqları məlumatlandırıb və ətraflı fikir mübadiləsi aparıblar.
Tədbirdə çox sayda dövlət qurumlarından və özəl müəssisələrdən Kibertəhlükəsizlik üzrə mütəxəssislər iştirak edərək maraqlı müzakirələr aparıblar.
Kibertəhlükısizlik üzər mütəxəssislərin toplandığı tədbirdə dünyada və regionumuzda mövcud rəqəmsal risklər haqqında, həmçinin dünyada və ölkəmizdə Kibertəhlükəsizlik trendləri və müxtəlif statistik məlumatlar paylaşılıb. Kibertəhlüksizliyi təmin etmək üçün MSSP, MDR biznes və servis modelləri haqqında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, İnformasiya texnologiyaları sahəsində ixtisaslaşmış "AVİCOM” MMC İKT bazarında müasir xidmətlər və həllər təqdim edən aparıcı şirkətlərdən biridir. AVİCOM dünyanın bir çox qabaqcıl istehsalçılarının rəsmi tərəfdaşıdır (ətraflı www.avicom.az saytında). AVICOM həm özəl, həm də dövlət qurumlarında müasir informasiya texnologiyalarından istifadə etməklə bir sıra irimiqyaslı layihələr həyata keçirir.
Tezliklə "AVİCOM" MMC, ADEO şirkətinin Türkiyədə baş tutan tədris-təcrübə proqramına qoşularaq ölkəmizdə peşəkar kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsi istiqamətində beynəlxalq səviyyədə təlim proqramlarının təşkil olunacağı bildirilib. Bununla bağlı məlumat almaq üçün mütəmadi olaraq AVİCOM şirkətinin web səhifəsini və sosial media paylaşımlarını izləyin.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkilib.
22.08.2022
21:10
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
30.12.2025
14:44
Azərbaycanda Vakansiyalar - Azvak.az
30.12.2025
12:31
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
24.12.2025
14:44
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
16.12.2025
17:04
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
16.12.2025
16:36
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
16.12.2025
16:26
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
16.12.2025
16:16
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
16.12.2025
15:58
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
16.12.2025
15:49
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
16.12.2025
15:27
Azərbaycanda elektron siqaretlər qadağan olunur
16.12.2025
15:02
Hyundai 569 min avtomobilini geri çağırdı: ABŞ araşdırmanı bağladı
16.12.2025
14:39
















.jpg)


.jpg)

