SİMA ilə “Etik İmza”da bütün sənədləri dərhal imzalamaq mümkün oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir.
Türkiyənin ən böyük elektron sənəd dövriyyəsinə sahib olan “Etik İmza” şirkətinin Azərbaycan nümayəndəliyi olan və “Etik İmza Baku” adı altında fəaliyyətə başlayan qurumun ilk tərəfdaşı SİMA yeni nəsil rəqəmsal imza oldu.
Əməkdaşlıq nəticəsində Azərbaycan vətəndaşları istənilən sənədi “Etik İmza Baku” saytına yükləyib SİMA ilə imzalayacaqlar. Bundan sonra həmin sənədi müvafiq qurumlara göndərə və ya istənilən şəxslə paylaşa bilərlər.
Sənədləri SİMA ilə “Etik İmza Baku” bulud platformasında zamandan və məkandan asılı olmayaraq imzalamaqla vaxtınıza və xərclərinizə qənaət edəcəksiniz.
Xatırladaq ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, gücləndirilmiş elektron imza əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. SİMA yeni nəsil rəqəmsal imza da gücləndirilmiş imza olduğu üçün əl imzasına bərabər tutulur.
SİMA vasitəsilə, həmçinin başqa sahələr üzrə elektron xidmətlərdən istifadə etmək mümkündür. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.
Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.
Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur










.jpg)





.jpg)

