“Azərsığorta” şirkəti 14 minə yaxın müştəriyə sığorta ödənişi həyata keçirib
100 ildən çox tarixə malik olan “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti cari ilin yanvar-iyul ayları üzrə həyata keçirdiyi sığorta ödənişlərinin həcmini və ödəniş alan müştərilərin sayını açıqlayıb.
Mətbuat katibliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar-iyul aylarında Şirkətin müxtəlif sığorta hadisələri üzrə müştərilərinə ödədiyi vəsaitlərin ümumi həcmi 13 675 863 manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə sığorta ödənişi alan müştərilərin sayı da açıqlanıb. Təkcə cari ilin iyul ayı əzində “Azərsığorta” şirkəti tərəfindən 1597 müştəriyə sığorta ödənişi verilib.
Ümumilikdə isə, yanvar ayından iyul ayının sonunadək müxtəlif sığorta hadisələri üzrə ödəniş alan müştərin sayı 13545-ə çatıb.
Onu da qeyd edək ki, bu ilin 7 ayın nəticələrinə görə, “Azərsığorta” şirkəti ən çox sığorta ödənişi edən şirkət olaraq ölkədə fəaliyyət göstərən sığorta şirkətləri sırasında ilk 4-lükdə yer alıb.
Xatırladaq ki, “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti Cənubi Qafqazın ilk sığorta qurumu olaraq 21 oktyabr 1921-ci ildə Azərbaycan SSR-də yerli Dövlət Sığorta İdarəsi kimi fəaliyyətə başlayıb. 1991-ci ildə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında fəaliyyət göstərən Dövlət Sığortası İdarə heyəti bazasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.
Hazırda “Azərsığorta” brendi ilə fəaliyyətini uğurla davam etdirən “Azərsığorta” Dövlət Sığorta Şirkəti 36 növdə könüllü və icbari sığorta məhsulları üzrə xidmətlər təqdim etməklə respublikada geniş filial şəbəkəsinə malikdir.
“Azərsığorta” sığorta yığımları və sığorta ödənişlərinin həcminə görə bazarın qabaqcıl şirkətlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
- 18 d. əvvəl
- 24 d. əvvəl
-
30 d. əvvəl
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
- 40 d. əvvəl
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
"FNC BOKT" da 15 faizlə borc alır
Yenidən icazə verildi - "FİNCA" borc alır: İLLİK 15%-LƏ 4 MİLYON MANAT PUL LAZIMDIR
Daha bir BOKT 15 faizlə borca pul istəyir - ŞƏRTLƏR
"FINCA Azerbaijan" illik 9 faizlə 1 milyon dollar borc aldı
Ən çox oxunanlar
Qızılın qiymətində yeni rekord
Toyota-dan tarixi rekord: 11,3 milyon satışla liderliyi qorudu
“CatMod Azərbaycan” seysmik risk modellərinin hazırlanması layihəsi müzakirə edilib
Nəhəng neft şirkəti olan Lukoil ABŞ şirkətinə satılır
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər





















