Mask neft və qaz olmadan bəşər sivilizasiyasının çökəcəyinə inanır
Sahibkarın sözlərinə görə, “hər hansı ağlı başında olan insan belə bir nəticəyə gələr”.Amerikalı sahibkar Elon Mask hesab edir ki, dünyanın hələ də neft və qaza böyük ehtiyacı var.
Marja xəbər verir ki, o, bu barədə bazar ertəsi Norveçin Stavanger şəhərində enerji və texnologiya üzrə ONS-2022 beynəlxalq konfransında jurnalistlərə bildirib.
"Qısa müddətdə bəşəriyyətin hələ də neft və qaza ehtiyacı var, əks halda sivilizasiya çökəcək. Xüsusilə, bu gün Rusiyaya qarşı sanksiyaların tətbiq edildiyi bir dövrdə neft və qaza daha çox tələb var. Sivilizasiyamızı yaşatmaq üçün neft və qaza ehtiyacımız var", - Mask deyib.
Onun sözlərinə görə, “hər hansı ağlı başında olan insan belə bir nəticəyə gələr”.
Norveçin kontinental şelfdə neft və qaz axtarışlarına toxunan Mask qeyd edib ki, “hazırkı şəraitdə müəyyən dərəcədə əlavə kəşfiyyat işləri mümkündür”. Eyni zamanda, o hesab edir ki, “dayanıqlı enerjiyə keçidi sürətləndirmək” vacibdir.
ONS-2022 beynəlxalq konfransı 29 avqust - 1 sentyabr tarixlərində Norveçin neft paytaxtı - Stavanger şəhərində dövlət başçılarının, eləcə də aparıcı enerji və texnologiya şirkətlərinin rəhbərlərinin və ekoloji təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























