TuranBank-ın da iştirak etdiyi texniki yardım layihələri yekunlaşıb
TuranBank-ın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Avropa İttifaqı və Türkiyə Respublikasının dəstəyi ilə həyata keçirdiyi texniki yardım layihələri uğurla başa çatıb.(®)TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB, EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanmışdır. Adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.
7 sentyabr tarixində Four Seasons oteldə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən bu layihələrin yekunlarına həsr olunan bağlanış tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycanın maliyyə institutlarının potensialının artırılmasına dəstək proqramının uğurla başa çatması qeyd olunaraq layihədə aktiv iştirak edən əməkdaşlarımıza sertifikatlar təqdim olunmuş və xatirə fotosu çəkilmişdir.
Məlumat üçün bildirək ki, adıçəkilən texniki yardım layihəsi çərçivəsində TuranBank Risk, Komplayns və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması modulları üzrə əməkdaşlıq etmişdir. Risk, Komplayns modulu çərçivəsində həyata keçirilən layihə Bankda risk nəzarət tədbirlərinin effektiv idarə edilməsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etmişdir. Layihə nüfuzlu beynəlxalq konsultasiya şirkəti olan TA Consult Partners tərəfindən uğurla icra edilmişdir. MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən modulun əsas məqsədi isə TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olmuşdur. Qeyd edilən layihə isə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business & Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilmişdir.
Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı


























