İri bankın prezidenti Azərbaycana gəlir, müqavilə imzalanacaq, birgə layihəyə start veriləcək
AYİB prezidenti Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Odile Renaud-Basso vəzifəyə gəldikdən sonra Qafqaza ilk səfərini edirAvropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Renaud-Basso əvvəlcə Azərbaycana, daha sonra Gürcüstana, sonda isə Ermənistana olmaqla sentyabrın 12-dən 16-dək Qafqaza səfər edəcək.
AYİB-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, bu, prezident Renaud-Bassonun 2020-ci ilin sonunda bu vəzifəyə başladıqdan sonra regiona ilk səfəridir. Səfər 2021-ci ildə baş tutmalı idi, lakin COVID-19 pandemiyası səbəbindən qoyulan səyahət məhdudiyyətləri bu səfərin təxirə salınması ilə nəticələndi.
AYİB prezidenti yola düşməzdən əvvəl Azərbaycan, Gürcüstan və Ermənistandan olan müxtəlif vətəndaş cəmiyyəti nümayəndələri ilə virtual görüşlər keçirib.
Xanım Renaud-Basso deyib: “Mən Bankın 30 illik fəaliyyəti ərzində təqdirəlayiq nəticələr əldə etdiyi Qafqaza səfər etməyi səbirsizliklə gözləyirəm.
Ölçüsünə baxmayaraq region bizim üçün mühüm investisiya məkanı olaraq qalır və biz bu bölgəyə artıq 10 milyard avrodan çox sərmayə qoymuşuq.
Səfərim zamanı mən Qafqaza və onun yaşıl keçid proqramına, eləcə də nəqliyyat əlaqəsinin, dayanıqlı infrastrukturun təkmilləşdirilməsinə və siyasi dialoqa tam dəstəyimizi bir daha bəyan edəcəyəm.
Həmçinin özəl sektora, o cümlədən kiçik və orta sahibkarlığa gələcək dəstəyi müzakirə etmək üçün tərəfdaş maliyyə institutlarımızla görüşlərim olacaq”.
Xanım Renaud-Basso əvvəlcə Bakıya səfər edərək orada Azərbaycanın siyasi rəhbərliyi ilə görüşəcək. O, həmçinin diplomatlar, biznes ictimaiyyətinin liderləri və Bankın mövcud tərəfdaşları ilə görüşəcək.
AYİB prezidenti Bankın Azərbaycanda həyata keçirdiyi ikinci “Yaşıl şəhər” layihəsinə dair müqavilə imzalayacaq, ölkənin telekommunikasiya, media və texnologiya (TMT) sektorunun inkişafına xidmət göstərən investisiyaların təşviqi milli agentliyi – AZPROMO ilə birgə layihəyə start verəcək.
1992-ci ildə Qafqazda fəaliyyətə başladığı vaxtdan AYİB regionun maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında 652 layihəyə 10,64 milyard avrodan çox sərmayə qoyub və bu investisiyaların böyük hissəsi özəl sektorun payına düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı




























