SOCAR-ın prezidenti “Neft Daşları”na səfər edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfin rəhbərlik etdiyi nümayəndə heyəti 2022-ci il sentyabrın 10-da “Neft Daşları”na səfər edib.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Sonra Ulu Öndərin adını daşıyan muzeydə nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar, habelə ictimai-siyasi və dövlətçilik fəaliyyətinə həsr olunmuş kitablar haqqında ətraflı məlumat verilib.
Rövşən Nəcəf muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb.
Səfər çərçivəsində görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi, Xəzəri fəth edərkən dənizdə həlak olan neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş neftçilərin abidə kompleksini ziyarət edən nümayəndə heyətinin qazilərlə görüşü keçirilib.
“Neft Daşları”nın 30 illiyi münasibəti ilə ucaldılmış kompozisiya ilə tanış olan nümayəndə heyəti burada “Neft Daşları” NQÇİ-nin əməkdaşları ilə görüşüb.
Görüşdə Rövşən Nəcəf əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən yeni neft strategiyamızın uğurla icra edilməsində Azərbaycan neftçilərinin müstəsna rola malik olduğunu vurğulayıb.
Neftçi peşəsinin böyük əzmkarlıq və fədakarlıq tələb etdiyini bildirən SOCAR prezidenti onları qarşıdan gələn “Neftçilər Günü” peşə bayramı münasibətilə təbrik edib. Görüşdə bir sıra əməkdaş səmərəli əmək fəaliyyətlərinə görə təşəkkürnamə ilə təltif olunub. Daha sonra SOCAR prezidenti neftçilərin şəraiti ilə yaxından tanış olmaq məqsədilə onların qaldığı yataqxananı ziyarət edib.
Nümayəndə heyəti həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına, 28 May” NQÇİ-nin “Neft Daşları” sahəsində 1741 saylı estakadayanı meydança ilə Qaz separasiya məntəqəsi arası yeni əvəzedici estakadanın tikintisinə, Sıxıcı Kompressor Stansiyasına və digər istehsalat obyektlərinə yerində baxış keçirib, “Neft Daşları” NQÇİ-nin Operativ İdarəetmə Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.
Səfərin sonunda SOCAR-ın nümayəndə heyətinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR-ın uzunmüddətli strateji hədəflərindən bəhs edən Rövşən Nəcəf, bu istiqamətdə peşəkar və yüksəkixtisaslı kadr potensialının əhəmiyyətindən danışıb, “Neft Daşları”nın bundan sonra da insan kapitalımızın inkişafına dəyərli töhfə verməyə davam edəcəyini bildirib.
Müştərilərin xəbərləri
Azərbaycanlı iş adamının şirkəti dünyanın nüfuzlu startap mükafatlarından birinin qalibləri sırasında yer alıb
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
-
57 d. əvvəl
Bank Respublika sahibkarlara “34 GÜN - 34% ENDİRİM” kampaniyasına start verib
-
-
1 saat əvvəl
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 10 vaqon gübrə göndəriləcək
-
1 saat əvvəl
ABŞ Hörmüzdən gəmiləri çıxarmaq üçün 100-dən çox təyyarə və 15 min hərbçi cəlb edəcək
-
1 saat əvvəl
İlham Əliyev bu gün İrəvanda keçirilən sammitə videoəlaqə vasitəsilə qoşulacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
Rəsmi məzənnələr açıqlandı
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
İslam İnkişaf Bankının prezidenti Azərbaycana səfər edəcək
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub













.jpg)








