“EBRD”nin prezidenti və “Bank Respublika”nın rəhbərliyi növbəti irihəcmli müqavilə imzalayıb
Ölkənin aparıcı banklarından biri olan Bank Respublika və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) növbəti əhəmiyyətli müqavilə imzalayıb.
Bankın yaydığı məlumatda qeyd edilib ki, iki qurum arasında əməkdaşlıq 2004-cü ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.
Yeni saziş çərçivəsində EBRD Bank Respublika üçün Azərbaycanda kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəldlmiş ticarətin maliyyələşdirilməsi proqramını (TFP) genişləndirəcək.
Anlaşma Azərbaycan müəssisələrinin ticarət fəaliyyətini stimullaşdırmaq və beynəlxalq bazarlara daha yaxşı inteqrasiya etmək üçün nəzərdə tutulub. Proqram “Bank Republika”ya ticarətin maliyyələşdirilməsi sahəsində imkanlarını artıracaq və sahibkarlara idxal və ixrac ticarətinə çıxışlarını genişləndirmək üçün lazım olan dəstəyi təmin edəcək
““Mən Bakıda olmaqdan və Azərbaycanda olan çoxdankı tərəfdaşımız Bank Respublika ilə bu müqaviləni şəxsən imzalamaqdan çox məmnunam. Biz tərəfdaş bankımıza ölkə üzrə şirkətlərə ticarətin maliyyələşdirilməsi üzrə verdiyi dəstəyi genişləndirməkdən məmnunuq. Əminəm ki, bizim sıx əməkdaşlaığımız Azərbaycanda xarici ticarətin inkişafına öz töhfəsini verə biləcək”- EBRD-nin prezidenti Odil Renaud-Basso bildirib.
“Biz EBRD-nin Azərbaycanda əsas tərəfdaş bankı olmaqdan qürur duyuruq. EBRD ilə tərəfdaşlıq bizim mövqeyimizi gücləndirərək, mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini genişləndirməyə, həmçinin ölkədə ticarətin maliyyələşdirilməsini dəstəkləməyə imkan verdi. Əminik ki, EBRD-nin prezidenti xanım Odil Renaud-Basso ilə imzalanan sayca 19-cu müqavilə əməkdaşlığımızı gələcəkdə yeni və daha yüksək səviyyəyə qaldıracaq ”- deyə “Bank Respublika”nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı



























