Xalq Bank təmassız ödənişin rahat və sürətli üsulu olan Google Pay™ xidmətini istifadəyə verdi
(®) Bu gündən etibarən Xalq Bankın VİSA kartları üçün Android və xidməti dəstəkləyən WearOS cihazlarında Google Pay™ xidməti aktiv olacaq.
Google Pay ödənişlərini həyata keçirmək üçün müştərilər kartlarını Azərbaycanda yeni istifadəyə verilmiş rəqəmsal pul kisəsi Google Wallet™-də saxlaya biləcəklər.
Google Pay kart sahiblərinə təmassız ödənişlərin qəbul edildiyi ticarət və xidmət obyektlərində, tətbiqlərdə və internet səhifələrində rahat, sürətli və təhlükəsiz ödənişlə alış-veriş etmək imkanı verən kartsız ödəniş üsuludur. Bu xidmətlə mağazalarda ödənişi həyata keçirmək üçün Android əməliyyat sistemini dəstəkləyən smartfonu cihaza yaxınlaşdırmaq kifayət edəcək.
Google Pay vasitəsilə həyata keçirilən hər bir əməliyyat çoxsaylı təhlükəsizlik mərhələləri ilə qorunur. Əməliyyatların əsasında dayanan yüksək sənaye standartlarına cavab verən token hər cihaz üçün spesifikdir və hər bir əməliyyat üzrə dəyişən dinamik təhlükəsizlik kodu tətbiq edilir.
Google Pay-i sazlamaq çox asandır. Bunun üçün XalqOnline mobil tətbiqi üzərindən, yaxud Android cihazınızda Google Play Store-dan Google Wallet-i yükləyərək oradakı təlimatlara əsasən Xalq Bank kartını xidmətə əlavə etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 23 d. əvvəl
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
1 saat əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
2 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı




























