Unibank daha bir beynəlxalq proqramda iştirakını uğurla tamamlayıb
(®) “Unibank”ın maliyyə sisteminin dayanıqlığının gücləndirilməsinə və yerli mikro və KOS-ların kreditləşdirilməsi imkanlarının təşviqinə yönəlmiş maliyyə vasitəçilərinin potensialının artırılması üzrə texniki əməkdaşlıq proqramı uğurla yekunlaşıb.
Əsas maraqlı tərəflərin - Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB), Avropa İttifaqının (Aİ) və Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin güclü dəstəyi ilə bu proqramın nəticələri Unibank KB və “Unicapital” İnvestisiya Şirkətinin dayanıqlılığının daha da güclənməsinə və bununla da müştərilərə daha güclü dəstəyə zəmin yaradacaq.
Proqram iki əsas sahədə - Strategiya və Biznes Planlaması və Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi, o cümlədən, Səhvlər və Zərərlər Bazası və Risklərə Nəzarət Özünü Qiymətləndirmə Sistemi üzrə həyata keçirilib.
Proqram dövründə Strategiya və Biznes Planlaması layihəsi çərçivəsində 2 biznes, 8 funksional və korporativ strategiyadan ibarət hərtərəfli və yaxşı işlənmiş strategiya sənədi hazırlanıb. “Unibank”da strateji planlaşdırma və idarəetmə proseslərinin davamlığını təmin etmək məqsədi ilə Strategiya və İnkişaf Departamenti və Strateji İdarəetmə Komitəsi yaradılıb. Yeni strategiya güclü dəyər sisteminin möhkəm təməllərinə və səhmdarların vizyonuna əsaslanmaqla, yenilənməkdə olan texnoloji platforma ilə əzmkar komandanın sinerjisi hesabına həyata keçirilir.
Proqramın digər hissəsi olan Risklərin İdarə Edilməsinin Təkmilləşdirilməsi layihəsi çərçivəsində Unibank və bankın törəmə şirkəti olan “Unicapital” İnvestisiya Şirkəti üçün çox əsaslandırılmış, geniş təhlil edilmiş və ətraflı risk, özünüqiymətləndirmə və məlumat bazası üzrə tövsiyə sənədi hazırlanıb. Bankın təşkilatı strukturu optimallaşdırılıb. Layihə müddətində 1-ci və 2-ci müdafiə xəttlərinin gücləndirilməsi və onlar arasındakı sərhədlərin müəyyənləşməsi üzrə aparılan işlər, Bankda risk mədəniyyətinin inkişaf etdirilməsinin başlıca lövbəri kimi çıxış edib. Bankda komitələr yaradılıb, birləşdirilib və dəyişdirilib. Proqram çərçivəsində “Unicapital”ın qrup daxilində strateji inkişaf prioritetləri üzrə təşkilatlanması, biznes proses və funksiyaların optimallaşdırılması, həmçinin risk əsaslı idarəetməsinin təşkili təmin edilib. Əldə edilən nəticələr yeni məhsul və xidmətlərin yaradılması, şirkətin dayanıqlı inkişafı və qrup ilə sinerjidə vahid strateji idarəetmənin gücləndirilməsinə xidmət edəcək.
Dəstək proqramının başa çatması ilə bağlı keçirilən tədbirdə layihədə uğurlu tərəfdaşlığa görə Unibank və Unicapital rəhbərliyi və əməkdaşları sertifikatla təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
3 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
6 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti








.jpg)


















