Neft qiymətləri 8 aylıq minimuma düşüb
Bazarların qlobal iqtisadi fəallığın yavaşlamasının xam neftə tələbi azaldacağından qorxması səbəbindən neft qiymətləri keçən həftə kəskin düşdükdən sonra bazar ertəsi günü səkkiz aylıq minimuma yaxınlaşıb.
Marja.az xəbər verir ki, London birjasında satılan Brent markalı neftin fyuçersləri 1,1% də düşərək bir barel üçün 84,64 dollara, ABŞ-ın Qərbi Texas neftinin fyuçersləri isə 1,2% geriləyərək 77,53 dollar olub.
Yaponiyanın biznes fəaliyyəti məlumatlarının dünyanın ikinci ən böyük iqtisadiyyatında istehsal fəaliyyətinin sentyabr ayında əvvəlki ayla müqayisədə daha yavaş artdığını göstərməsindən sonra qiymətlərin düşməsi sürətlənib.
Avro Bölgəsi və Böyük Britaniyada da qlobal tənəzzül qorxuları artıb.
Neft qiymətləri keçən həftə zəif iqtisadi göstəricilərdən sonra aşağı düşüb. ABŞ Federal Ehtiyat Sisteminin (FED) açıqlamaları da bu il daha yüksək faiz dərəcələri ilə bağlı gözləntiləri gücləndirib.
Treyderlər yüksək inflyasiya və artan faiz dərəcələrinin iqtisadi aktivliyi azaldacağını və bunun da neftə olan tələbatın azalmasına səbəb olacağından ehtiyat edirlər.
Son 20 ilin ən yüksək səviyyəsinə çatan ABÇ dollarının möhkəmlənməsi də neft qiymətlərinə mənfi təsir edir. Güclü dollar xam neft idxalını bahalaşdırmağa meyllidir. Əsas Asiya idxalçıları Hindistan və İndoneziya dolların möhkəmlənməsinin əks "küləkləri" ilə üzləşirlər.
Dünyanın ən böyük xam neft idxalçısı olan Çində iqtisadi yavaşlama da neftə tələbi pisləşdirib.
Keçən həftə Neft İxrac Edən Ölkələr Təşkilatının hasilatın azaldılması ilə bağlı açıqlamaları xam neftin ucuzlaşmasının qarşısını ala bilməyib. Qlobal xam neft tədarükünü poza biləcək Rusiya-Ukrayna münaqişəsində xəbərlər də qiymətlərdə yalnız qısamüddətli sıçrayışa səbəb olub.
Lakin treyderlər hələ də dördüncü rübdə xam neft tələbatının yaxşılaşacağını gözləyirlər, xüsusən də Avropanın sərt qışı vəziyyətində, bu, isitmə məqsədilə neftə tələbatı artıra bilər.
ABŞ-da benzin tələbinin də yaxşılaşacağı gözlənilir, çünki yanacaq qiymətləri ölkədə rekord səviyyələrdən aşağı düşür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
9 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
9 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
Ən çox oxunanlar
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq


















