"Bağa on dəfədən çox dərman çiləmişik, yenə də almaların xeyli hissəsi qurdludur" - DƏRMANLAR KEYFİYYƏTSİZDİR
Qubanın alma bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar sentyabrın ikinci ongünlüyündən kütləvi yığıma başlayıblar.
Rayonun fermerləri və fərdi təsərrüfat sahibləri məhsulun vaxtında toplanması üçün qüvvələrini səfərbər ediblər. Toplanan məhsul ilkin mərhələdə elə bağlarda çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi isə satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.
Hazırda almanın bağlardan topdansatış qiyməti 40-50 qəpik arasında dəyişir.
Quba rayonunun Alekseyevka kəndində 0,65 hektar alma bağı olan Bəhruz Tağıyev bu il məhsuldarlığın yüksək olduğunu bildirib.
“Alma bağlarında məhsuldarlıq yaxşıdır. Hazırda çalışırıq bağlardan almanı vaxtında toplaya bilək. Bunun üçün əlavə işçi qüvvəsi də cəlb etmişik. Məhsulumuz əsasən Rusiya bazarlarına göndərilir. Müştəri sarıdan çətinliyimiz yoxdur. Əsas narazılığımız keyfiyyətsiz dərmanlardandır. Təsəvvür edin, bağa on dəfədən çox dərman çiləmişik. Amma yenə də almaların xeyli hissəsi qurdludur”, - deyə təsərrüfatçı bildirib.
Qubada alma yığımına bütün ətraf rayonlardan işçi qüvvəsi cəlb olunur. Günəmuzd işçilər almanın bir yeşiyini 70-90 qəpiyə toplayırlar.
Şimal bölgəsinin alma bağlarında daha çox məhsuldarlığı ilə seçilən “Qolden” və “Simirenko” sortları yetişdirilir. İntensiv bağçılıqla məşğul olan bağbanlar isə “Qrani smit”, “Fuji” sortlarına üstünlük verirlər.
Qubada 14 min hektara yaxın alma bağı var. Hər il rayonun alma bağlarından 110-120 min ton məhsul yığılır.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























