Mobil tərtibatçılıq üzrə yeni proqramlar elan edilir
(®) ABB-nin yaratdığı ABB Tech Akademiyası və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ‘’Technest’’ təqaüd proqramı çərçivəsində mobil tərtibatçılıq istiqaməti üzrə yeni proqramlara qeydiyyatın başlandığını elan edir.
Proqramlardan 2-si müvafiq sahədə işə yeni başlayanlar üçün nəzərdə tutulmuş “iOS development fundamentals” və “Android development fundamentals” istiqamətlərinə aiddir. Digər 2 proqram isə “iOS development advanced” və “Android development advanced” istiqamətlərini əhatə edir. Müvafiq istiqamətlər üzrə Akademiyada təhsil almaq istəyən şəxslər elektron müraciətlərini buradan göndərə bilərlər. Son müraciət tarixi 16 oktyabra qədərdir.
ABB Tech Akademiyasında indiyə qədər 17 istiqamət üzrə ümumilikdə 500-dən çox tələbə təhsil alıb. Məzunların təxminən 80%-i Azərbaycanın aparıcı şirkətlərində, eləcə də ölkə xaricində müxtəlif texnoloji şirkətlərdə işlə təmin olunublar. Proqrama İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, bp və onun tərəfdaşları dəstək verir. Yüksək nəticə göstərmiş tələbələrə tam və qismən təqaüd qazanmaq imkanı yaradılır.
Tədrisi beynəlxalq təcrübəli mütəxəssislər ən qabaqcıl tədris metodikası əsasında həyata keçirir. ABB Tech Akademiyasında verilən təhsil tələbələrə ixtisas bilikləri qazandırmaqla yanaşı, onların fərdi inkişafına, təqdimat və layihələrini inkişaf etdirmək bacarıqlarının təkmilləşdirilməsinə də təkan verir.
“Technest” təqaüd proqramı 2021-ci ilin sentyabrından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən ölkədə İKT üzrə peşəkar kadr ehtiyatının formalaşdırılması, İKT kadr bankının yaradılması və rəqəmsal savadlılığın artırılması məqsədilə həyata keçirilir. Hazırda 800 gənc ‘’Technest’’ təqaüd proqramının məzunudur. 2022-2023-cü tədris ilində Bakı şəhəri və regionlar əhatə olunmaqla daha 2000 gəncin təqaüd proqramı çərçivəsində təhsil alması planlaşdırılır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
14 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 39 d. əvvəl
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq

























