Azərbaycanda sığorta haqlarının 80%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda toplanılmış 654,918 milyon manat sığorta haqqının 522,249 milyon manatı və yaxud 79,8%-i 5 sığorta şirkətinin payına düşüb.
Mərkəzi Bankın statistikasına görə, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (278,987 milyon manat), "PAŞA Sığorta" (153,503 milyon manat), “Atəşgah Həyat Sığorta” (33,17 milyon manat), “Qala Sığorta” (30,447 milyon manat) və “Xalq Sığorta” (26,142 milyon manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1,305 milyon manat), "Naxçıvan Sığorta" (1,577 milyon manat), “Atasığorta” (3,176 milyon manat), “Bakı Sığorta” (4,276 milyon manat) və “Günay Sığorta” (4,885 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 15,219 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 117,45 milyon manat (17,9%) təşkil edib.
Azərbaycanda sığorta ödənişlərinin 84%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilmiş 283,671 milyon manat sığorta ödənişinin 238,216 milyon manatı və yaxud 84%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (142,374 milyon manat), “PAŞA Sığorta” (48,031 milyon manat), “Xalq Sığorta” (16,929 milyon manat), “Atəşgah Həyat Sığorta” (15,595 milyon manat) və “Azərsığorta” (15,287 milyon manat) ASC-lərdir.
8 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (127 min manat), “Xalq Həyat Sığorta” (213 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (281 min manat) və “Naxçıvan Sığorta” (339 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 963 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 44,492 milyon manat (15,7%) təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)













.jpg)


