Mikro, kiçik və orta sahibkarlıq sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyənləşir
Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti müəyyənləşir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində əksini tapıb.
Layihə mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin məqsədləri, prinsipləri və əsas istiqamətlərini müəyyən edir.
Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas məqsədləri aşağıdakılardır:
- mikro, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətliliyinin artırılması;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin investisiya və innovasiya fəallığının stimullaşdırılması;
- mikro, kiçik və orta sahibkarlığın davamlı inkişafının təmin edilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdikləri malların (gördükləri işlərin, göstərdikləri xidmətlərin), onların intellektual fəaliyyətinin nəticələrinin daxili və xarici bazarlara çıxmasına kömək edilməsi;
- vətəndaşların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi yolu ilə əhalinin məşğulluğunun təmin edilməsi və özünüməşğulluğun inkişafı;
- ümumi daxili məhsulun həcmində və qeyri-neft ixracında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payının artırılması.
Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə dövlət siyasətinin prinsipləri aşağıdakılardır:
- sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi aktların layihələrinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətinə mümkün təsirinin qiymətləndirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin və dövlət dəstəyinin səmərəliliyinin artırılması;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunun bütün mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün əlçatanlığı;
- dövlət, regional, yerli, həmçinin iqtisadiyyatın prioritet sahələri üzrə inkişaf proqramlarında iştirak və dövlət dəstəyinin alınması ilə bağlı mikro, kiçik və orta sahibkarlıq subyektlərinə bərabər imkanların yaradılması;
- dövlət dəstəyinin göstərilməsi prosedurlarının açıqlığı və şəffaflığı;
- dövlət dəstəyi mexanizmlərinin haqsız rəqabət haqqında qanunvericiliyə uyğun olaraq formalaşdırılması.
Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmət və dəstək haqqında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məlumatlılığının artırılması, qarşılaşdıqları çətinliklərin həlli və fəaliyyətlərinin inkişafının dəstəklənməsi üçün səlahiyyətli qurum vasitəsilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin bilavasitə fəaliyyət göstərdiyi ərazilərdə xidmətlərin təşkili;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak mexanizminin təkmilləşdirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sahibkarlıq və investisiya fəaliyyətini təşviq edəcək vergi siyasətinin həyata keçirilməsi;
- mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun formalaşdırılması və onun daimi inkişafının təmin edilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə xidmətlərin göstərilməsi ilə bağlı inzibati prosedurların və dövlət nəzarəti prosedurlarının, o cümlədən onlar tərəfindən lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində innovativ texnologiyalardan, həmçinin malların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılmasını təmin edən texnologiyalardan istifadəsinə dəstək və stimullaşdırma mexanizmlərinin tətbiqi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı, yenidən hazırlığı və ixtisasının artırılması sahəsində dəstək göstərilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərində korporativ idarəetmə, korrupsiya ilə mübarizə və keyfiyyətin idarə edilməsi standartlarının aşkarlıq və hesabatlılıq prinsipləri əsasında tətbiqi və təşviqi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ekoloji təmiz iqtisadiyyatda rolunun yüksəldilməsi və ekoloji təmiz texnologiyalardan istifadəsinin təşviqi;
- mikro, kiçik və orta sahibkarlara effektiv məsləhət xidmətinin formalaşdırılması;
- mikro, kiçik və orta sahibkarların mütərəqqi bilik və bacarıqlara çıxış imkanlarının artırılması;
- iqtisadiyyatın sahələri üzrə mikro, kiçik və orta sahibkarların biznes təşəbbüslərinin dəstəklənməsi və innovativ sahibkarlığın təşviqi;
- mikro, kiçik və orta sahibkarların yeni bazarlara çıxış imkanlarının artırılması;
- mikro, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxışının asanlaşdırılması, o cümlədən investorlarla birgə işin qurulmasının dəstəklənməsi;
- mikro, kiçik və orta sahibkarlara dövlət-biznes xidmətlərin təşkili sahəsində imkanların yaradılması və bizneslərarası xidmətlərin təşkilində metodiki və digər dəstəyin göstərilməsi.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
-
1 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
-
6 saat əvvəl
Bu gün daha 560 ton taxıl Azərbaycandan keçməklə Ermənistana göndəriləcək
- 6 saat əvvəl
-
6 saat əvvəl
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
-
6 saat əvvəl
Anthropic-in yeni süni intellekt plaginləri 300 milyard dollar itki yaratdı
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
-
8 saat əvvəl
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
-
8 saat əvvəl
“SmartCustoms” və “e.customs.gov.az”a daxil olma imkanları barədə yenilik
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"
Ən çox oxunanlar
Bank Olmayan Kredit Təşkilatına 17%-lə pul lazımdır - ŞƏRTLƏR
Azərbaycan bankı İslam prinsiplərinə uyğun məhsullarını təqdim edir
PayPal-ın İcraçı direktoru dəyişib
Henkel Niderlandın örtük materialları şirkəti Stahl-ı satın alacaq
Birbank Biznes-dən sahibkarlar üçün yeni tariflər
"Bəzi ekspertlər məzənnə ilə bağlı ajiotaj yaradırlar"
Azərbaycan-Özbəkistan İşgüzar Şurası yaradılacaq
























