AccessBank WEPs seminarında iştirak etdi
(®) Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərini (WEPs) imzalayan şirkətlərin nümayəndələri Tiflisdə bir araya gəlib. Nümayəndələr təmsil etdikləri şirkətlərdə gender bərabərliyi ilə bağlı məsələləri müzakirə ediblər. Sessiya “Men Talking to Men” formatında, yəni yalnız kişi iştirakçılardan ibarət olub.
AccessBank-ı seminarda Mikro və KOBM üzrə İcraçı Direktor Renat Hümbətov təmsil edib: ”AccessBank olaraq, Azərbaycanda mikromaliyyələşdirmə sahəsinin inkişafına xüsusi önəm veririk. Son illər sahibkar qadınların sayının artması həm də sırf kişilərdən ibarət olan mikro və aqro komandamıza yeni qadın əməkdaşlarım cəlbini sürətləndirir. Hazırda az sayda qadın əməkdaşımız olsa da, onlar bu işdə kişilərdən daha fəal və irəlidədirlər. Ümid edirəm ki, qadınlarımız həm sahibkarlıqda, həm də mikromaliyyələşdirmə istiqamətində daha da aktivləşəcək və Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinin daha çox tətbiq olunmasına və effektivliyinin yüksəlməsinə yardımçı olacaqlar.”
Qeyd edək ki, BMT-nin Qlobal Sazişi və Qadınlar üzrə Agentliyi tərəfindən hazırlanan Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsipləri şirkətləri beynəlxalq əmək və insan hüquqları standartları barədə məlumatlandırır və müəssisələri gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dəvət edir.
BMTİP-in Azərbaycanda icra etdiyi “Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması, Mərhələ 2” layihəsinin çərçivəsində hazırda 13 şirkət Qadınların Səlahiyyətlərinin Genişləndirilməsi Prinsiplərinə qoşulub. AccessBank bu prinsiplərə dəstək olan ilk yerli bankdır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)
.jpg)







.jpg)







