Sürücüsü sabiq bank rəhbəri müşavirinin 700 minlik əmlakını ələ keçirib
"Ona ailələrinin bir üzvü kimi yanaşmışıq, mən ona “dayı” deyirdim""."Azəriqazbank" rəhbərinin sabiq müşaviri Çingiz Mənsimova qarşı dələduzluq etməkdə ittiham olunan sürücüsü Şahin Fətəliyev və İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda sabiq bank rəhbəri müşavirinin qızı Fərəh Mənsimova dindirilib.
İttihama görə, Çingiz Mənsimovun sürücüsü olmuş Şahin Fətəliyev onun etibarından sui-istifadə edərək mənzillərini, bağ evini, avtomobilini gizli şəkildə satıb.
Fərəh Mənsimova ifadəsində xaricdə yaşadığını, atasının evinin dələduzluq yolu ilə ələ keçirilməsindən sonradan xəbərdar olduğunu deyib: “Mən xaricdə yaşayıram. Bakıya gəlmişdik. Yoldaşımın telefonuna zəng gəldi, dedilər ki, əgər gəlib qeydiyyatdan çıxmasanız, məhkəməyə verəcəyik. Ondan sonra bildik ki, ev satılıb. Sonra məlum oldu ki, sürücüsü atamın digər evlərini, maşınını da satıbmış. Şahin Fətəliyev təxminən 25 il ərzində atamın sürücüsü olub. Ona ailələrinin bir üzvü kimi yanaşmışıq, mən ona “dayı” deyirdim".
Şahid qeyd edib ki, atası dializ xəstəsi olduğu üçün tez-tez, İsrailə gedib-gəlirmiş. Buna görə burda olmadığı müddətdə lazım olan hüquqi addımların atılması üçün sürücüsünə etibarnamə verib: “Bir evi atamın adından tanışı İlham Qasımovun adına keçirib, sonra da satıb. Sonra bildik ki, bağ evimizi də satışa çıxarıb, 44 sot ərazisi, 300 kvadratmetr evi olan bağı 100 min manata satışa çıxarıb. Bundan əlavə, atamın "Toyota Prado” markalı maşını vardı, onu Lənkərandan kiməsə satıbmış. Bizə də deyirdi ki, maşın ustadadı...”
Zərərçəkmiş Çingiz Mənsimov bir müddət öncə vəfat edib. Onun qızı Fərəh Mənsimova Şahin Fətullayevə qarşı 700 min manatlıq mülki iddia qaldırıb.
Şahin Fətəliyevin ələ keçirdiyi mənzillərdən birini adına keçirdiyi İlham Qasımov da cinayət məsuliyyətinə cəlb olunub.
Şahin Fətullayev məhkəmədə özünü qismən təqsirli bildiyini deyib. İlham Qasımov isə özünü ümumiyyətlə, təqsirli bilməyib.
Qeyd edək ki, ittiham olunan şəxslər barəsində Cinayət Məcəlləsinin 178( dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Təqsirləndirilən Şahin Fətəliyev barəsində həbs-qətimkan, İlham Qasımov barəsində isə istintaq və məhkəmə dövründə başqa yerə getməm barəsində iltizam qətimkan tədbiri seçilib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
16 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
17 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
17 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 17 saat əvvəl
-
17 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
17 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı























