Coca-Cola tərəfdaşlarına təşəkkür edir
Coca-Cola və tərəfdaşları 1500 könüllü ilə 8 şəhəri əhatə edən ekoloji aksiya keçirdilər.
Ölkənin ən böyük ekoloji aksiyalarından olan “Xəzəri Qoruyaq!” Beynəlxalq Sahilyanı Təmizlik kampaniyası 1500 könüllünün iştirakı ilə 10 gün ərzində 8 şəhəri əhatə edərək Bakıda yekunlaşıb. Coca-Cola və tərəfdaşlarının dəstəyi ilə hər il təşkil etdiyi geniş miqyaslı ekoloji hərəkat nəticəsində Xəzər dənizi sahilində yerləşən Azərbaycan bölgələrinin çimərlikləri tullantılardan təmizləndi. Artıq 12 ildir keçirilən bu ekoloji aksiyanın məqsədi ölkədə tullantıları azaltmaq və əhali arasında ekoloji maarifləndirməni gücləndirməkdir.
“Xəzəri Qoruyaq!” təşəbbüsü nəticəsində sentyabr ayı ərzində Xaçmaz, Şabran, Siyəzən, Neftçala, Astara, Lənkəran, Sumqayıt və Bakıda yerləşən ictimai çimərliklər tullantıdan təmizlənib. Aksiyaya şirkətlər, dövlət qurumları, ictimai təşkilatlar və könüllülər tərəfdaş olaraq dəstək olmuşdur. Tərəfdaşlar arasında “Carlsberg Azerbaijan”, “PAŞA Bank” və “Bakcell” şirkətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ASAN Xidmət, "ASAN Könüllüləri" Təşkilatı və “EcoHub” ekoloji platforması, həmçinin Regional İnkişaf İctimai Birliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Təmiz Şəhər” ASC, Azərbaycan Dövlət Reklam Agentliyi, ADA Universiteti, Global Shapers Shamakhi Hub, ABŞ-ın Azərbaycandakı Səfirliyi, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi, Bakı Nəqliyyat Agentliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, LU-MUN Holding və “Baker Hughes” şirkəti vardı. Bu qurum və təşkilatların əməkdaşları könüllü olaraq şənbə günü bir araya gələrək Xəzər dənizinin sahillərinin təmizlənməsində iştirak ediblər.
Coca-Cola şirkətinin Orta Asiya və Qafqaz Regionunun PR direktoru Elşad Fərzəliyev tərəfdaşlara öz minnətdarlığını bildirmişdir: “Ətraf mühitin mühafizəsi və tullantıların azaldılması hamımızı narahat edən problemdir. Dünyanın ən böyük və eyni zamanda sosial məsuliyyətli şirkətlərindən olan Coca-Cola tullantıların azaldılmasına böyük önəm verir və bu sahədə tərəfdaşlarımızla birgə bir neçə layihələr həyata keçiririk. Bunlardan biri də ildən-ilə böyüyən “Xəzəri Qoruyaq!” hərəkatıdır. Bu ilki sahilyanı təmizlik aksiyamız nəticəsində 1500 könüllünün iştirakı ilə 8 bölgəmiz tullantılardan təmizləndi – bu böyük nəticədir. Bu təşəbbüsə qoşulan və dəstək olan hər bir tərəfdaşımıza şirkət adından təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, son 30 il müddətində dünyanın 100-dən çox ölkəsində qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada “Xəzəri Qoruyaq!” şüarı ilə artıq 10 ildən çoxdur ki iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir. Azərbaycanda 12 ildir keçirilən kampaniyada 55 hektardan çox çimərlik ərazisi təxminən 45 ton məişət tullantısından təmizlənib.
Müştərilərin xəbərləri
500-dən artıq müraciətdən 20 layihə seçilib, 10 layihə finala çıxıb - “Bizdən Biznesə”nin qalibləri seçildi
Bayram günlərində 12 bankın 60 satış nöqtəsi, 68 poçt şöbəsi və valyuta mübadiləsi məntəqələri xidmət göstərəcək - SİYAHI
SON XƏBƏRLƏR
- 14 saat sonra
- 11 saat sonra
- 3 saat əvvəl
-
-
6 saat əvvəl
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
-
6 saat əvvəl
Bank of Baku istiqrazları üzrə ilk kupon ödənişi həyata keçirilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
-
7 saat əvvəl
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət müəssisələrinin büdcə proseslərinə nəzarətin gücləndirilməsi və dividend siyasəti ilə bağlı qaydalar təsdiqlənib
ARDNF-in investisiya portfelində qızılın payı 35 %-ə çatdırılacaq
Şuşa Bank və Sığorta Binası tikilib
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də həyata keçirilən işlər ilə tanış olub - FOTOLAR, YENİLƏNİB
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avropa Yenidənqurma və İnkişaf Bankının istiqrazları üzrə ilk kupon ödənişi həyata keçiriləcək
“McDonald’s Azərbaycan” Yeni Yasamalda restoran açdı - FOTO
Dekabrın 29-da gözlənilən hava şəraiti - XƏBƏRDARLIQ
"Xalq Bank"ın istiqrazlarına 72 investordan 72 sifariş





















