Mərkəzi Bank bankın lisenziyasını ləğv etdi
Azərbaycan Respublikası Mərkəzi Bankı Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğv edilməsi barədə məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda deyilir:
“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.2-ci və 17.3-cü maddələrini rəhbər tutaraq, xarici kommersiya bankı olan Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir
Pakistan Milli Bankının Bakı Filialının bank lisenziyasının könüllü ləğvi ilə bağlı müraciət Pakistan Milli Bankının Orta Asiya və Azərbaycan maliyyə bazarlarından çıxış üzrə kommersiya strategiyası çərçivəsində qəbul edilmiş qərardan irəli gəlmişdir.
Mərkəzi Bank tərəfindən Pakistan Milli Bankının Bakı Filialının lisenziyasının könüllü ləğvinə dair qərar qəbul edilərkən Filialın ləğvetmə planı və təqdim edilmiş maliyyə hesabatları əsasında öhdəliklərinin icrası imkanlarının olması nəzərə alınmışdır. Belə ki, 30.09.2022-ci il tarixinə Filialın likvid aktivləri (6,7 milyon manat) cəmi öhdəliklərini (0,5 milyon manat) dəfələrlə üstələyir. Filialın ləğvedicisi (Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed) Azərbaycan Respublikasının qanunvericiliyinə və Filialın ləğvetmə planına müvafiq olaraq könüllü ləğv prosesini, o cümlədən kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirəcəkdir. Mərkəzi Bank qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri daxilində ləğvetmə prosesi üzrə nəzarət edəcəkdir".
Pakistan Milli Bankının Bakı Filialı da könüllü ləğv edilməsi barədə bəyanat yayıb.
Bəyantda bildirilir:
"Pakistan Milli Bankının müraciəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 11 oktyabr 2022-ci il tarixli Qərarı ilə Pakistan Milli Bankının Bakı Filialına (Filial) verilmiş 30 iyun 2005-ci il tarixli 248 nömrəli bank lisenziyası ləğv edilmişdir. Filial, 2005-ci ildən etibarən öz müştərilərinə bank xidmətləri təqdim etməklə yanaşı, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında iqtisadi münasibətlərin genişləndirilməsinə öz töhfəsini vermişdir. Qeyd olunmalıdır ki, ana bankımız olan Pakistan Milli Bankının müvafiq qərarı təkcə Bakı Filialı ilə əlaqədar deyil, həm də Orta Asiya ölkələrində olan Almatı, Aşqabad, Bişkek və Düşənbə filiallarının fəaliyyətinə xitam verilməsi və bu ölkələrin maliyyə bazarlarından çıxış üzrə strateji yanaşmaya uyğun olaraq qəbul edilmişdir. Bu strateji yanaşmadan irəli gələrək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada Pakistan Milli Bankı tərəfindən Filialın bank lisenziyasının ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət ünvanlanmışdır. Sözügedən müraciət əsasında, yuxarıda qeyd olunduğu kimi, Filialın bank lisenziyası ləğv edilmişdir.
Azərbaycan Respublikasının qanunvericiliyinə və Pakistan Milli Bankının qərarına uyğun olaraq, Filialın könüllü ləğvi müvafiq qaydada təsdiq edilmiş ləğv planına əsasən həyata keçiriləcəkdir. Bu məqsədlə, Filialın Baş Meneceri Sheikh Ahtsham Ahmed Filialın ləğvedicisi təyin olunmuşdur. Filialın likvid aktivləri hesabat tarixinə 6.7 mln. manat olmaqla, cəmi öhdəliklərin icrasına tam imkan verir.
Filialın fəaliyyət dövrü ərzində ona hərtərəfli dəstək göstərmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına və digər dövlət qurumlarına öz dərin təşəkkürümüzü bildiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 7 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
5 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
6 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
6 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib











.jpg)







