“Expressbank” yeni “Gənc bankirlər proqramı”na start verdi
(®) “Expressbank” gənclərin maliyyə, iqtisad və bank sahələri üzrə bilik və bacarıqlarının artırılması üçün “Express Maarifləndirmə” layihəsi çərçivəsində yeni “Gənc bankirlər proqramı”nı həyata keçirməyə başlayıb.
Proqramın əsas məqsədlərindən biri bank sahəsinin inkişafına və gənclərin təhsil sahəsində banka aid biliklərinin tətbiqinə dəstək olmaqdır.
Proqram, ilk olaraq Azərbaycan Dövlət İqtisad Universiteti tələbələri üçün həyata keçirilib. “Expressbank” əməkdaşlarının təqdimatı zamanı tələbələrin bankla qısa tanışlığı oldu, ödəniş vasitələri, satış və xidmət texnologiyaları, müştəri münasibətləri və işə qəbul prosesi mövzularına toxunulub.
Həmçinin, proqram müddətində “UNEC” tələbələri bank sektoru haqqında fikir mübadilələri apararaq yeni biliklər əldə etdilər və təqdimatlar zamanı real satış keyslərini praktiki olaraq həyata keçiriblər. Tələbələrin gələcək karyera planlamasında onlara dəstək olacaq tövsiyələr verilib, müsahibələrə hazırlıq, işgüzar görüşlərdə davranış üslubları haqqında müzakirələr aparılıb.
“Gənc bankirlər proqramı” növbəti mərhələlərdə digər universitetlərdə də həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 4 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank/Cavid Quliyev: Yeni səhmlərə 20 mindən çox sifariş təqdim olunub
-
-
7 saat əvvəl
Prezidentin regionların inkişafı çağırışına dəstək: "Prime Cotton" baş ofisini Mingəçevirə köçürür
-
12 saat əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
- 17 saat əvvəl
-
1 gün əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Ən çox oxunanlar
Azərbaycan nefti ucuzlaşıb
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
























