Rabitəbank və KOBİA “Biznesdə Qadınların Gücü” layihəsinə start verir
(®) “Rabitəbank” ASC və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)-nın birgə təşkilatçılığı, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) tərəfdaşlığı ilə “Biznesdə Qadınların Gücü” adlı layihə elan edilir.
Məqsəd qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına dəstək göstərilməsi, onların işgüzar fəallığının artırılması, maarifləndirmə və güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində əlaqələrin qurulmasına şərait yaradılmasıdır.
Layihəyə müxtəlif sahələr üzrə mikro, kiçik və orta sahibkarlıqla məşğul olan, layihə iştirakçılarının seçim meyarları və tələblərinə uyğun gələn qadın sahibkarlar qəbul edilir.
Layihə çərçivəsində müxtəlif mövzularda təlimlər, istehsalat təcrübəsi, “netvorkinq” tədbirləri təşkil ediləcəkdir.
Layihənin sonunda qaliblərin mükafatlandırılması nəzərdə tutulur. Qadın sahibkarların təqdim etdiyi ən yaxşı 3 layihə seçilərək, qaliblərə bizneslərinə dəstək üçün aşağıdakı məbləğdə pul mükafatları təqdim ediləcəkdir:
1-ci yer - 5000 AZN
2-ci yer - 3000 AZN
3-cü yer - 2000 AZN
Layihədə iştirak etmək istəyən qadın sahibkarlar aşağıdakı linkə daxil olaraq, 2022-ci il 18 noyabr tarixinədək müraciət edə bilərlər: https://bit.ly/3V3J9Nw
Layihə 2023-cü ilin mart ayınadək davam edəcək.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
10 d. əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
-
- 35 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Rusiyanın xarici dövlət borcu 20 ildə ilk dəfə 60 milyard dolları keçib
-
3 saat əvvəl
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
-
3 saat əvvəl
“5 milyon manatlıq istiqrazlarımızın uğurla yerləşdirilməsi bizi həvəsləndirib”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Ən çox oxunanlar
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda daha bir ünvanda "Toba" velosiped mağazası açılacaq



























