Almaniya istehsalı olan texnika ilk dəfə “Azərşəkər”in aqroparkında istifadə edilib
“Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilibOktyabrın 25-də Şəmkir rayonunda “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Müasir resurslara qənaət edən əkinçilik texnologiyalarının tətbiqi” mövzusunda tədbir keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və “Azərşəkər” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, fermerlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə “Strip till” texnologiyasının tətbiqinin üstünlükləri barədə məlumat verilib, “Mzuri” texnikasının təqdimatı keçirilib. Bildirilib ki, Almaniya istehsalı olan bu texnika ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında təkrar qarğıdalı və soya əkini zamanı istifadə edilib. “Mzuri”nin üstün cəhəti 4 prosesi (dərin yumşaltma, dərinlik boyu gübrə emalı, müxtəlif çeşidli toxumların dəqiq səpini və bərkidici çarxlarla toxumların basdırılması) eyni vaxtda yerinə yetirməsidir. Bu texnikanın istifadəsinin əsas məqsədi suya və yanacağa qənaət, torpağın münbit qatının qorunub saxlanması və havaya buraxılan zəhərli qazların təsirinin aradan qaldırılmasıdır.
Tədbir iştirakçıları “Azərşəkər” MMC-nin “Strip till” texnologiyası ilə əkilmiş qarğıdalı sahəsinə və taxıl təsərrüfatında gedən arpa səpininə baxış keçiriblər.
Sonda iştirakçılar şəkər çuğundurunun yığılması prosesi ilə tanış olublar. Bildirilib ki, 161,5 hektar ərazini əhatə edən şəkər çuğunduru sahəsinin hər hektarından orta hesabla 80 sentner məhsul yığılması gözlənilir. Ümumilikdə, 12920 ton şəkər çuğundurunun tədarükü proqnozlaşdırılır. Bu il ölkəmizdə ilk dəfə olaraq “Azərşəkər” MMC-nin Ceyrançöl aqroparkında şəkər çuğundurunun yığılmasında “Ropa Maus” texnikasından istifadə edilməsinə başlanılıb. Bu texnikanın tətbiqi sayəsində məhsulun yığım sürəti 2 dəfə artıb. “Ropa Maus” texnikası saatda təxminən 400 tona yaxın məhsul yığmaq gücünə malikdir.
Qeyd edək ki, aqroparkın ümumi əkinə yararlı 4000 ha sahəsinin 1500 hektarında müasir suvarma (pivot) sistemləri qurulub. Bu il aqroparkda 166,2 ha arpa, 130,6 ha buğda, 156,6 ha qarğıdalı, 114,9 ha soya, 161,5 ha şəkər çuğunduru əkilib. Arpa üzrə orta məhsuldarlıq 5,14 ton/ha, buğda üzrə 5,9 ton/ha, qarğıdalı üzrə 9 ton/ha, soya üzrə isə 2,5 ton/ha təşkil edib. Ümumilikdə “Azərşəkər” MMC-nin Ceyrançöl təsərrüfatından bu il 854,3 ton arpa, 770,5 ton buğda, 1409 ton qarğıdalı yığılıb.
Aqroparkda 71 nəfər daimi, 30 nəfər isə mövsümi işlə təmin edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























